Gürcüstanda keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb

13:01 - 22 / 10 / 2017
Gürcüstanda keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, paytaxt Tbilisidə 737 seçki məntəqəsinin 165-i üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 51,4 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 16,68 faiz, müstəqil namizəd Aleko Elisaşvili 16,6 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya, 7,39 faiz, “Vətənpərvərlər Alyansı” Partiyasının namizədi İrma İnaşvili 3,27 faiz, Demokratik Hərəkat və Azad Gürcüstan partiyalarının namizədi Kaxa Kukava isə 1,26 faiz səs əldə edib.

Bu vaxta qədər MSK Tbilisi ilə yanaşı, Batumi, Kutaisi, Rustavi və Poti şəhərləri üzrə də səsvermənin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, digər şəhərlərin mer vəzifələrinə də hakim partiyanın namizədləri səs çoxluğu qazanıb.

Proporsional seçkilər üzrə ilkin nəticələrə əsasən isə hakim partiya 57,3 faiz, Vahid Milli Hərəkat Partiyası 15,54 faiz, “Avropalı Gürcüstan” Partiyası isə 10,46 faiz səs əldə edib.

Babək Cahandarov

Paylaş:
733

Son xəbərlər

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27
Bütün xəbərlər