Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

16:20 - 04 / 03 / 2019
Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

Azərbaycanın Biləsuvar rayonundan olan Gövhər Xanhüseynova həmişə şirniyyat bişirməyi xoşlayıb.

O, ailəsi, tanışları üçün sifarişlər qəbul edərək, bişirdiyi şirniyyatları yerli mağazalara da paylayırmış. Lakin öz işini başlaması üçün ona qorxu və əminsizlik mane olurdu. Gövhər qorxurdu ki, birdən tutduğu iş alınmaz. 

2016-cı ildə regionda Qadın Resurs Mərkəzinin açılışından xəbərdar olan kimi o, dəstək üçün buraya müraciət edir. Mərkəzdə bir sıra treninqlərdən – mühasibatlığın əsasları, hüquq işi, kiçik biznesin aparılması, həmçinin özünəqiymətin artırılması ilə bağlı psixoloji treninqlərdən də keçir.

Mərkəz vətəndaş cəmiyyətinin rolunu artırmaq və gender bərabərliyini gücləndirmək üzrə layihə çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə keçirilib. 

Burada iştirak üçün patriarxal dəyərlərin daha güclü olduğu Azərbaycanın cənub sərhədindəki regionlar seçilib.

“Məşğələlərin birində bizlərə evdar qadından məktub oxudular. Məktubda sanki mənim yaşadığım həyəcanlar, fikirlər və hisslər yazılmışdı. Bu görüşdən öz işimi quracağam və məndə hər şey alınacaq fikirləri ilə özümə tam əminliklə çıxdım”, – Gövhər fikirlərini paylaşır. 

Layihənin maliyyə dəstəyi çərçivəsində qəhrəmanımız şirniyyat evini açaraq, buranı nəvəsinin şərəfinə “Mələyim” adlandırır.

Martın 4-də müəssisənin bir ili tamam olur. Bu müddətdə istehsalatın həcmi beş dəfə artıb. Gövhər iki köməkçisi ilə birlikdə demək olar ki, həftənin bütün günləri çalışır.

“Əgər əvvəllər gün ərzində 5 kiloqram un istifadə edirdiksə, indi 20 kq, bəzən isə 25 kiloqrama qədər undan istifadə edirik. Yeni il bayramı ərəfəsində hər gün 50 tort bişirirdik”, – şirniyyat evinin sahibəsi danışır.

Burada hər gün 30 növdə şirniyyat məmulatları hazırlanır. Daha çox milli şirniyyatlardan – paxlava, şəkərbura və qoğala – tələbat var.

Həvəslə dolu Gövhər Xanhüseynova biznesini inkişaf etdirmək niyyətindədir. Onun yaxın gələcək planlarında – şirniyyat evini qadınlar üçün kiçik kafeyə çevirməkdir. Məkan bunu etməyə imkan verir. Həmçinin rayonda qadınlar üçün bu cür məkana böyük tələbat var.

“Bacarıq və qabiliyyətlərinizdən cəsarətlə istifadə edərək, onları inkişaf etdirməyə çalışın. Maliyyə baxımından müstəqil olmağınıza heç nə mane olmasın”, – bu gün belə fikirlərlə Gövhər xanım Azərbaycanın bütün regionlarındakı qadınlara səslənir. 

Yelena Ostapenko

Bu məqalə EU Neighbours east layihəsi çərçivəsində hazırlanıb.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2456

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər