"Göstərişlər qəbul edilmir” Bakıda nümayiş olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Göstərişlər qəbul edilmir” Bakıda nümayiş olunub - FOTO

15:32 - 20 / 04 / 2018
"Göstərişlər qəbul edilmir” Bakıda nümayiş olunub - FOTO

İlk Latın Amerika Kino Festivalı çərçivəsində və Meksikanın Azərbaycandakı səfirliyinin mədəni təşviq proqramının bir hissəsi olaraq Dillər Universitetinin akt zalında “Göstərişlər qəbul edilmir” adlı Meksika istehsalı olan filmin nümayişi keçirilib.

1news.az xəbər verir ki, rejissoru məşhur Meksika komediyaçısı Euxenio Derbes olan “Göstərişlər qəbul edilmir” filmi heç bir qayğısı olmayan Valentin (Euxenio Derbes) adlı bir cavanın hekayəsi haqqında bəhs edir. Onun unudulmuş sevgisi Julie (Jessica Lindsey), bir yaşında Meqqi adlı körpə ilə onu ziyarət edir. Julie Valentini "arzuolunmaz atalığı" ilə baş-başa qoyub çıxıb gedir.

Valentin uşağı geri qaytarmaq üçün əlindən gələn hər şeyi etməyə qərar verir. O, Los Ancelesə səfər edir və bir sıra bədbəxt hadisələr sonra tanınmış Hollivud prodüseri (Daniel Raymont) onu kaskadior vəzifəsinə təyin edir. 7 il ötür və Meqqinin (Loreto Peralta) artıq atası ilə səmimi bir əlaqəsi var. Lakin Julie geri dönür və qızını qaytarmaq istəyir. Valentinin qızını anasına qaytarmaq üçün etdikləri onu saxlamağa görə edəcəkləri ilə muqayisədə heç nədir.

“Göstərişlər qəbul edilmir” filminin aktyoru, rejissoru və ssenaristi Euxenio Derbes yalnız Meksikada deyil, ABŞ-da da rekord qıran filmin uğuru barədə öz təəccübünü bildirib. “Göstərişlər qəbul edilmir” filmi ABŞ bazarında tayvan filmi "Pələng və Əjdaha", italiya filmi "Həyat gözəldir" çin filmi "Qəhrəman"-dan sonra ən çox uğur qazanan filmlər arasında 4-cü yer tutur.

P.Sultanova

 

 

Paylaş:
523

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər