Gerasimov və Skaparrotti Bakıda görüşəcəklər
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfər edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Səfər zamanı V.Gerasimov NATO-nun Birləşmiş qoşunlarının ali baş komandanı Kertis Skaparrotti ilə görüşəcək.
Qeyd olunur ki, tərəflər görüşdə NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyət məsələlərini, eləcə də Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Gerasimovun Azərbaycan Prezidenti tərəfindən qəbul ediləcəyi də gözlənilir.
1news.az
486