Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir

16:19 - 11 / 06 / 2019
Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

Fonddan 1news.az-a verilən məlumata görə, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalınını inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur.

Gənclərin təhsilli və savadlı yetişməsi ölkə başçısının xüsusi önəm verdiyi istiqamətlərdəndir və keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılmışdır. Cənab Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna bü gündən start verilir.

Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

  • Milli qəhrəman övladları;
  • I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər
  • Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
  • I qrup əlil valideyni olan gənclər;
  • Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
  • Aztəminatlı ailədən olan gənclər.

Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş31 dövlət ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!

1news.az

Paylaş:
1381

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər