1news.az

Gəncədə yaşayış binasında partlayış:ölən və yaralananlar var - FOTO

20 Noyabr saat 09:08 bir dəqiqəlik oxu 105
Gəncədə yaşayış binasında partlayış:ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

1news.az "report"a istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Məlumata görə, partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net