Gəncədə və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və inkişaf imkanlarının artırılması məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib.
Treninqlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, nazirliyin Apellyasiya Şurasında sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.
1news.az