1news.az

Gəncə iğtişaşlarını törətmiş cinayətkarın tutulması ilə bağlı yeni FAKTLAR – FOTO

16 İyul saat 12:41 ~ 3 dəqiqəlik oxu 1316
Gəncə iğtişaşlarını törətmiş cinayətkarın tutulması ilə bağlı yeni FAKTLAR – FOTO

Uşaqlara, psixikası zəif olan şəxslərin baxması tövsiyyə edilmir.

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Polisin keçirdiyi xüsusi əməliyyatın yeni fotoları yayılıb.

Fotoda cinayətkarın cəsədi, eləcə də əməliyyatda iştirak etmiş polis və DİN-in xüsusi texnikası əks olunub.  

1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Babayevin verdiyi məlumata əsasən, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.

Qeyd edək ki, iyulun 10-da 150-200 radikal dini qrup Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq ictimai asayişi pozmağa çalışıb.

Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabiti İlqar Balakişiyevin və Səməd Abbasov şəhid olub.

Əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib. Fərrux Qasımov polis tərəfindən saxlanılıb, R.Böyükkişiyev isə zərərsizləşdirilib.

Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və  228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Əli Həsənov: Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net