Gəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb – FOTO | 1news.az | Xəbərlər
İdman

Gəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb – FOTO

16:32 - 06 / 12 / 2018
Gəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb – FOTO

Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (“ACES Europe”) təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltif etmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən “ACES Europe” təşkilatının rəhbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda reallaşdırılan uğurlu idman siyasətindən danışan Niyazi Bayramov Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini, Gəncənin Avropanın İdman Şəhəri adını layiqincə daşıyacağından əmin olduğunu bildirib. Qeyd edib ki, bu gün paytaxt Bakı ilə yanaşı, respublikanın ikinci böyük şəhəri olan Gəncədə, habelə ölkəmizin əksər bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda, Olimpiya və dünya çempionatlarında iştirak edən və uğurlu nəticələr göstərən idmançılarımızın sayı ildən-ilə artır.

Qeyd edək ki, Avropanın İdman Şəhəri tutulunu MDB ölkələri arasında ilk dəfə olaraq Gəncə şəhəri qazanıb.

“ACES Europe” təşkilatının Qiymətləndirmə Komitəsi cari ilin may ayının 1-dən 4-dək Gəncə şəhərində səfərdə olub. Səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplanılıb, görüşlər keçirilib. Nəticədə mayın 16-da qəbul olunan qərara əsasən, Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası hər il 9-19 şəhəri Avropa İdman Şəhəri, bir şəhəri isə Avropanın İdman Paytaxtı titulu ilə təltif edir. Bu il Avropanın İdman Paytaxtı olan Sofiya növbəti il üçün titulu Budapeştə ötürüb.

1news.az

Paylaş:
746

Son xəbərlər

Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10
Bütün xəbərlər