1news.az

Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçirilib- FOTO

14 İyun saat 15:10 ~ 1 dəqiqəlik oxu 189
Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçirilib- FOTO

Azərbaycanın gənc rəssamlarındsn olan Pakizə Əliyevanın “Ətrafımdakı dünya” adlı sərgisi keçrilib. 

1news.az xəbər verir ki, 30-dan çox rəsm əsərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət nümayəndələri, millət vəkilləri, ictimai xadimlər və rəsmsevərlər iştirak edib. 

Sərgini giriş sözü ilə Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Xalq rəssamı Səlhab Məmmədov açıb. 

Daha sonra Pakizə Əliyevanın müəllimi Dilafruz Bağırova çıxış edərək qeyd edib ki, Pakizə uşaq yaşlarından rəssamlıqla məşğul olur və 20 yaşında artıq öz daxili dünyasını inanılmaz dəqiqliklə əks etdirən parlaq əsərlərdən ibarət kolleksiya yarada bilib. Onun qeyri-adi rəsmləri sənətsevərləri sirlərlə dolu sürrealist dünyaya aparır. 

Qeyd edək ki, rəsm əsərlərinin hər biri satışa çıxarılıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net