Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

16:30 - 16 / 01 / 2018
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) nəticələri açıqlanıb.

Fondun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələri, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəaları nəzərə alınmaqla keçirilib.

2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri, yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub. İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini “on-line” şəkildə, “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim ediblər. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunub.

“Mənim ilk qrantım” üzrə ümumi maliyyələşdirilmə həcmi 600.000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olub.  

Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar institutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” ictimai birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, 2 layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş “Neft və geoekologiya” mövzusunda 1-ci beynəlxalq məktəb-seminar və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 3 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, 5-i isə kişidir.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

1news.az

Paylaş:
694

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər