Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı – FOTO

12:24 - 15 / 02 / 2019
Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı – FOTO

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil edib.

İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, onlar diqqətlə dinlənilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilib. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlərimizin davamı olaraq Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) qaynar xətt yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Xidmətlərə aid olan məsələlər:

-sənədlərin qəbulu və verilməsi;

- memarlıq və tikinti məsələləri (13 xidmət);

- hüquq məsələləri (12 xidmət);

- sosial-iqtisadi məsələlər(6 xidmət);

- humanitar məsələlər;

- İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət);

- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri;

Mərkəzin məqsədi:

-sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi;

-vaxt itkisinin qarşısının alınması;

-süründürməcilik və korrupsiya hallarının qarşısının alınması;

-vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi;

-işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması;

-RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi;

-vətəndaş məmunluğunun yüksəldilməsi;

Könüllülər tərəfindən göstərilən xidmətlər:

-sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir;

-müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir.

S.Xankişiyeva

Paylaş:
629

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər