Galaxy Watch Active – incə dizaynlı yığcam smart saat | 1news.az | Xəbərlər
İqtisadiyyat

Galaxy Watch Active – incə dizaynlı yığcam smart saat

11:00 - 22 / 06 / 2019
Galaxy Watch Active – incə dizaynlı yığcam smart saat

Smart saatlardan danışarkən ağlımıza böyük siferblat və geniş ekran gəlir. Bir çoxlarınız razılaşar ki, belə olduğu halda həm xanımlarımız saat seçimində qərarsız qalır, həm də belə bir aksessuar hər bir geyimimizə uyğun gəlməyi bilir.

Bir müddət öncə, Samsung Galaxy Watch Active adlanan və kiçik ölçülərə malik olan ağıllı saatı təqdim etmişdir ki, bu saatın diametri 39.5 mm, eni isə 10.5 mm təşkil edir. Qeyd edilən modelin çəkisi 25 mm-dir, bu səbəbdən aksessuar qolunuzda demək olar ki, hiss olunmur. 

Super AMOLED texnologiyası ilə istehsal edilmiş displey 1.1” diaqonala və 360x360 piksel icazəyə malikdir. Ekranın parlaqlıq ehtiyatı hətta günəş işığı altında displey üzərində qeyd edilən məlumatı asanlıqla oxumağa kifayət edir. Həmçinin, Galaxy Watch Active standart 22mm olan istənilən saat bağı ilə uyğunlaşır, belə ki, indi  tərzinizlə həmahənglik yaradan istənilən bağı istifadə etmək azadlığına maliksiniz.

Galaxy Watch Active idarə etmək üçün sensor ekranından və siferblatın yan hissəsində yerləşən iki ədəd düymədən istifadə edilir. Yuxarı “hamar” klaviş öncəki atdıma geri qayıtmaq üçün, aşağı isə “Home” düyməsini əvəz edərək, bir dəfə basıldıqda əsas menyunu aktiv edir.

Saat gecə-gündüz avtomatik olaraq fiziki vəziyyətinizin təhlilini aparır. Xüsusi sensorlar nəbz tezliyi, yandırılmış kaloriyaların sayı, fiziki aktivlik, yuxu və hərəkətsizlik halları kimi göztəriciləri qeydə alaraq, lazım gəldikdə sizə tövsiyə və məsləhətlər təqdim edir. Həmçinin, stress dərəcəsini müəyyən edən Galaxy Watch Active, göstərici kəskin olduqda sizə “nəfəs” gimnastikası ilə məşğul olmağı məsləhət görə bilər.  İstifadəçinin oyaq olduğu, lakin bir saatdan daha çox müddət ərzində heç bir fiziki hərəkət yerinə yetirmədiyi halda (buna misal olaraq, ofisdə monitor qarşısında oturduğunuz zaman), cihaz idman hərəkətlərindən istifadə etməyi tövsiyə edərək, xüsusi  məşq seçimini təklif edir.  “Ağıllı” saat həm də qəbul edilən SMS-ləri cavablandırmağa imkan yaradır, belə ki, burada siz mövcud üç cavab metodundan istifadə edə bilərsiniz: səsin yazılı mətnə çevrilməsi, emoji ilə cavab və ya ekran klaviaturası ilə mətn yığımı.

Xırda ölçülərinə baxmayaraq saatın korpusu IP68 və MIL-STD-810G standartları ilə qorunur. Qeyd edilən standart sayəsində Galaxy Watch Active 5 atmosferə qədər təzyiqə davamlıdır və əllərinizi yuyarkən, çimərkən və ya üzərkən istifadə edilə bilər. 

Samsung-un istehsal etdiyi bu smart saat - etibar edə biləcəyiniz bir dostdur, çünki o, əlavə yükləmə tələb etmədən 45 saatdan artıq işləmək qabiliyyətinə malikdir.  Qeyd edək ki, saat  Wireless Charging funksiyasını da dəstəkləyir. 

Galaxy Watch Active smart saatları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

 

Paylaş:
546

Son xəbərlər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44Şahdağda sulu qar yağır - Faktiki hava22 / 04 / 2024, 15:20
Bütün xəbərlər