“Güzəştli mənzil” sistemi yaradılır | 1news.az | Xəbərlər
Rəsmi

“Güzəştli mənzil” sistemi yaradılır

21:10 - 16 / 11 / 2016
“Güzəştli mənzil” sistemi yaradılır

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” bu Fərmanın 9.1-ci bəndində nəzərdə tutulan “Güzəştli mənzil” sisteminin əsasnaməsi ilə eyni tarixdə qüvvəyə minir.

3. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılsın və 2017-ci il mayın 1-dən tətbiq edilsin.

4. “Güzəştli mənzil” sistemi aşağıdakıları təmin etməlidir:

4.1. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;

4.2. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərilməsini;

4.3. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;

4.4. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

4.5. Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.

5. “Güzəştli mənzil” sisteminin təşkilini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra – Agentlik), fəaliyyətinin təmin olunmasını isə Cəmiyyət həyata keçirir.

6. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

6.1. “Güzəştli mənzil” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin;

6.2. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərindəki aşağıdakı məlumatları Cəmiyyətin “Güzəştli mənzil” sistemi vasitəsilə almasını təmin etsin:

6.2.1. mənzili güzəştlə əldə etmək istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları;

6.2.2. mənzili güzəştlə əldə etmək istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları;

6.2.3. mənzili güzəştlə əldə etmək istəyən şəxsin (birgə borcalanın) iş yerini təsdiq edən məlumatları;

6.2.4. mənzili güzəştlə əldə etmək istəyən şəxsin ailə tərkibi barədə məlumatları;

6.3. “Güzəştli mənzil” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Agentliyə və Cəmiyyətə kömək göstərsin.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə tapşırılsın ki, “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təşkili üçün Agentliyə kömək etsinlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydaya əsasən mənzillərin əvəzləşdirilməsi halları istisna olmaqla, Cəmiyyətin, eləcə də onun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsinə o şərtlə yol verilir ki, müvafiq müqavilədə mənzilin üç il müddətində özgəninkiləşdirilməsinə, həmin mənzilin kredit hesabına Cəmiyyətdən əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilməsinə, habelə üç il müddətində mənzilin icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulmuş olsun.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. “Güzəştli mənzil” sisteminin əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının dövlət büdcəsinin vəsaiti hesabına aparılması üçün tədbirlər görsün;

9.3. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitinin Cəmiyyətin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsinə yönəldilən hissəsini hər maliyyə ilinin əvvəlində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

9.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663) 10.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“10.3. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti sahəsinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin (elektrik enerjisi, su, kanalizasiya, qaz, rabitə və s.), həmçinin yolların Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına çəkilməsi üçün, habelə tikinti sənədlərinə əsasən tələb olunduğu hallarda bu torpaq sahələrində mövcud mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin köçürülməsi, yol-nəqliyyat infrastrukturunun yaradılması, ərazinin abadlaşdırılması, layihədə nəzərdə tutulduğu halda sosial obyektlərin (uşaq bağçası, məktəb və s.) tikinti-quraşdırma işləri üzrə xərclərin onun müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tədbirlər görsün;”.

1news.az

Paylaş:
1512

Son xəbərlər

Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34
Bütün xəbərlər