Full paketinə qoşul, “Nar”-dan Samsung Galaxy S8 və ya Ipad Pro qazan – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Full paketinə qoşul, “Nar”-dan Samsung Galaxy S8 və ya Ipad Pro qazan – FOTO

17:55 - 23 / 01 / 2018
Full paketinə qoşul, “Nar”-dan Samsung Galaxy S8 və ya Ipad Pro qazan – FOTO

“Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir.

Belə ki, 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında Full paketinə qoşulmuş abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə “28 Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Nar” stendinə gəlmək kifayətdir.

“Nar”-ın tamamilə yeni Full paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz Full paketi ilə təmin etdi. 

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd “Samsung Galaxy S8” smartfonu, 1 ədəd “Ipad Pro” planşeti və 1 ədəd “Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

Uduş 29 yanvar 2018-ci il tarixdə saat 18:00-da “28 Mall” AVM-nin 3-cü mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Reklam hüququnda

 

Paylaş:
659

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər