Fransız tələbələr Azərbaycanda təhsil almağa, tədqiqatlar aparmağa dəvət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransız tələbələr Azərbaycanda təhsil almağa, tədqiqatlar aparmağa dəvət edilib

16:51 - 16 / 01 / 2018
Fransız tələbələr  Azərbaycanda təhsil almağa, tədqiqatlar aparmağa dəvət edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.

1news.az xəbər verir ki, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə etdilər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir Elmar Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırdı. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslar, gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiyini əlavə etdi.

Nazirlər həmçinin qarşılıqlı olaraq, dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirildi.

Nazirlər Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsisini və fəaliyyətini qeyd etdilər.

Elmar Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərdən birinin də Fransa Hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğuladı və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırdı. Fredrik Vidal 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd etdi və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini əlavə etdi.

Elmar Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil alması və tədqiqatlar aparması dəvətinə münasibətdə F.Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu bildirdi.

Görüşdə həmçinin Fransanın Strasburq Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini özündə əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edildi.

1news.az

Paylaş:
706

Son xəbərlər

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00
Bütün xəbərlər