Fransadan erməni separatçılarına daha bir zərbə | 1news.az | Xəbərlər
Siyasət

Fransadan erməni separatçılarına daha bir zərbə

15:40 - 12 / 06 / 2019
Fransadan erməni separatçılarına daha bir zərbə

Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin bir sıra departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd “Dostluq haqqında xartiya”nı ləğv edib. 

1news.az xəbər verir ki, bu barədə Fransanın erməni internet resursu “Nouvelles Armenie magazine” (armenews.com) məlumat yayıb. Bildirilir ki, bunlar Drom, Valans, Bur-le-Valans, Bur-de-Peak rayonlarıdır. Bu rayonlar Fransanın cənub-şərqindəki Overn-Rona-Alpes bölgəsində yerləşən Drom departamentinə aiddir.

Məhkəmə sənədi qanunsuz hesab edərək onun ləğvi ilə bağlı qərar çıxarıb.

Nəşrdə hesab olunur ki, fransız məhkəmələrinin “humanitar icma təşəbbüsləri”ni ləğv etməsi “hökumət tədbirləri” dir. Görünür o,  Fransanı baş naziri Facebookda tərəfdarlarına ölkədəki məhkəmələri məhv etməyə çağıran Ermənistanla səhv salır.

Xatırladaq ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib.

Məlumata görə, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb

İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb. Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf 7 rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Bəzi eksperlər hesab edirlər ki, Fransa məhkəməsinin bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək. Bununla da Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkmiş oldu.

Qeyd edək ki,Azərbaycan separatçı rejiminişalı legitimləşdirmək, fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb..Birinci vitse- prezident Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb.

Bundan başqa bu ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı prezident Emanuel Makron bu tipli xartiyaların imazlanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirmişdi.

1news.az

Paylaş:
535

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər