“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar baryerlərin quraşdırılmasına start verilib | 1news.az | Xəbərlər
FORMULA 1

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar baryerlərin quraşdırılmasına start verilib

20:17 - 19 / 12 / 2017
“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar baryerlərin quraşdırılmasına start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) növbəti “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərinin quraşdırılmasına start verib.

Bakı Şəhər Halqasından 1news.az-a verilən məlumata görə, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer ötən yarışla müqayisədə növbəti yarışa hazırlıq işlərinin daha az vaxt aparacağını bildirib: “Biz növbəti dəfə "Formula 1" yarışına yüksək səviyyədə ev sahibliyi etmək üçün artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik. Bu il tikinti-quraşdırma işləri ötən illə müqayisədə xeyli az olacaq. Belə ki, Paddok binası hazır vəziyyətdədir və həmçinin bu il qənbər daşlı hissə başda olmaqla bütövlükdə trek boyunca yeni asfalt qatının salınmasına ehtiyac olmayacaq. Bundan başqa, yarış həftəsonu üçün nəzərdə tutulan bəzi yerüstü keçidlər də ötən yarışdan etibarən şəhər sakinlərinin istifadəsindədir. Digər tərəfdən çalışırıq ki, yarışa hazırlıq çərçivəsində gördüyümüz bütün işlərdə şəhər sakinlərinin rahat və fasiləsiz hərəkəti təmin olunsun. Fürsətdən istifadə edərək bütün paytaxt sakinlərini yenidən möhtəşəm "Formula 1" yarışına ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşılan çətinlikləri anlayışla qarşılamağa dəvət edirəm”.

Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı, trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq.

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq. Trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.

Qeyd edək ki, növbəti “Formula 1” Azərbaycan Qran-prisi 2018-ci il aprelin 27-29-da keçiriləcək.

1news.az

Paylaş:
2139

Son xəbərlər

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16
Bütün xəbərlər