#FootballTalks: Bəhlul Mustafazadə “Qəbələ” və “Sumqayıt”dakı karyerasından, Samir Abbasov və Roman Qriqorçuk barədə – VİDEO | 1news.az | Xəbərlər
Futbol

#FootballTalks: Bəhlul Mustafazadə “Qəbələ” və “Sumqayıt”dakı karyerasından, Samir Abbasov və Roman Qriqorçuk barədə – VİDEO

11:44 - 24 / 12 / 2018
#FootballTalks: Bəhlul Mustafazadə “Qəbələ” və “Sumqayıt”dakı karyerasından, Samir Abbasov və Roman Qriqorçuk barədə – VİDEO

MFL TV-nin efirində #FootballTalks proqramının növbəti buraxılışı işıq üzü görüb.

1news.az-ın verdiyi xəbərə görə, verilişin növbəti qonağı “Qəbələ” klubunun müdafiəçisi Bəhlul Mustafazadə olub.

“Qəbələ”nin yetirməsi ölkənin ən perspektivli gənc oyunçularından biri olub, Azərbaycanın gənclər yığmasının (U-21) ötənilki mövsümünün kapitanı olub. Bu mövsümdən etibarən “Qəbələ”nin əsas heyətində çıxış edir.

Veriliş zamanı Bəhlul karyersından bəhs edib. Verilişin ən yaddaqalan məqamlarını diqqətinizə çatdırırıq:

“Qəbələ” uşaqlıqdan mənim üçün doğma klubdur. Buna görə də komandaya qayıtdıqdan sonra heç bir problem yaşanmadı. Bir zamanlar “Sumqayıt”a getdim, belə ki mənə daha çox oyun lazım idi. Premyer Liqada təcrübə mənə çox şey verdi.  

Əvvəllər mənə çətin idi, lakin zamanla baş məşqçinin məndən gözləntilərini  anladım. Daha çox oynamağa başladım. Samir Abbasova çox minnətdaram. Emossional insan olsa da, onunla işləmək çox xoş idi. O, hər bir oyunçuya fərdi yanaşır.

Ötən mövsümdə yaxşı nəticə göstərdik. Avropa Liqasına yüksəlmək istədik. Təəssüflər olsun ki, sonda bir neçə detal çatışmadı. Lakin göstərdiyimiz nəticələrlə sumqayıtlıları sevindirə bildik.

Roman Qriqorçukla çox oyun oynaya bilmədim. O zamanlar çox gənc idim. O isə əsas heyətlə işləyirdi. Xatırlayıram ki, iclaslar zamanı gənc oyunçular arxa sıralarda otururdu. Qriqorçuk çox maraqlı insandı, iclas zamanı zarafat edə bilərdir.

Hələ ki, layiq olduğumuz yerdə deyilik. Başlıca problemimiz – qeyri-sabitlikdir. Bəzən çox yaxşı futbol nümayiş etdiririk, lakin stabillik yoxdur. Lakin zamanla Sənan Qurbanovun tələblərinə uyğunlaşırıq. Düşünürəm ki, qış fasiləsindən sonra irəliləyəcəyik”.

Veriliş çərçivəsində Bəhlul Mustafazadə United Sport MFL 2018/19-un futbolçusu Dilqəmə düzgün top seçməyə köməklik göstərdi. Futbolçular topların geniş çeşidi olan “United Sport” mağazasında oldular. Qısa dialoqdan sonra futbolçular topla rəftarla bağlı fikir mübadiləsi apardılar.

Sonra Bəhlul Mustafazadə masaüstü futbol oynamaq bacarığını da nümayiş etdirdi. Düzdü burada daha çox uğur #FootballTalks-un aparıcısı Rəfiqə Əzizin yanında oldu.

Tərcümə: S.Xankişiyeva

  

 

Paylaş:
1523

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər