“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısı alınıb

17:07 - 19 / 01 / 2018
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısı alınıb

İspaniyanın Madrid şəhərində keçirilən “Fitur-2018” beynəlxalq turizm sərgisi zamanı Ermənistan təmsilçilərinin planlaşdırdıqları növbəti təxribatın qarşısı alınıb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ermənistanın iştirakçı şirkətlərinin siyahısında işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən “agentliklər”in (“Artsakh Tourism Development Agency” və “Armenia–ARM Tour”) “Fitur-2018”də qeydiyyatdan keçdiyi aşkarlanıb və həmin andan etibarən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Keçirilmiş çoxsaylı görüşlər (İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyində, Turizm üzrə İspaniya Dövlət Katibliyində, Dünya Turizm Təşkilatında və sərginin təşkilatçısı “IFEMA”nın rəhbərliyi ilə) və görülmüş əməli tədbirlər nəticəsində işğalçı ölkənin təxribat əməllərinin qarşısı alınıb, sözügedən “agentliklər” sərginin iştirakçıları siyahısından çıxarılıb. Sərginin davam etdiyi günlərdə də Ermənistan iştirakçılarının fəaliyyəti yaxından izlənilib, sərgi iştirakçılarına təqdim olunan təbliğat materiallarında təxribat yönümlü məlumatların yer almaması üçün əlavə zəruri tədbirlər görülüb.

“Fitur-2018”də beynəlxalq sərgisində ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə uğurla təmsil olunur. Azərbaycan pavilyonu sərgi iştirakçılarında böyük maraq doğurur. Pavilyonda ölkəmizin turizm potensialı ilə yanaşı, milli şərab brendlərimiz və şirniyyat nümunələrimiz təbliğ olunur. Sərgi öz işini yanvarın 21-dək davam etdirəcək.

 

Paylaş:
644

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər