Finlandiya kosmosa ilk kommersiya peykini buraxıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Finlandiya kosmosa ilk kommersiya peykini buraxıb

13:17 - 16 / 01 / 2018
Finlandiya kosmosa ilk kommersiya peykini buraxıb

Finlandiyanın Yle teleradio şirkəti xəbər verir ki, Hindistanın şərqindəki Satiş Dhavan adına kosmodromdan Finlandiya istehsalı olan ilk kommersiya peyki buraxılıb. Bu, üzərində hələlik işlərin davam etdiyi radiolokasiya peykləri seriyasından ilk peykdir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, peykin istehsalçısı olan Finlandiyanın “Iceye” şirkətinin maliyyə direktoru Pekki Laurilanın sözlərinə görə, bu il iki peykin buraxılması nəzərdə tutulur. “Biz bundan sonra 10-larla peyk istehsal etməklə kommersiya fəaliyyətimizi genişləndirəcəyik”, - deyə P.Laurila planlarını açıqlayıb.

Kosmik layihə Aalto Universitetinin peyklər üzrə emalatxanasında başlayıb. Yetmiş kiloqramlıq radiolokasiya peyki hava şəraitindən asılı olmayaraq, günün istənilən vaxtında yerə məlumatlar göndərə biləcək. Peykin məlumatları, ilk növbədə, gəmiçilik üçün faydalı olacaq.

Finlandiya ötən ilin aprelindən kosmos ölkəsi olub. Həmin vaxt ABŞ-da “Aalto-2” adlı ilk kiçik fin peyki buraxılıb. Lakin bu, kommersiya layihəsi deyildi. Kosmos sahəsində nailiyyətlər Finlandiya hökumətini gələcəyin layihəsinə diqqəti artırmağa vadar edib. 2018-ci il yanvarın 12-də Prezident Sauli Niyniste ölkə tarixində ilk dəfə kosmos haqqında qanun imzalayıb.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər