Finalda məğlub olan məşhur tennisçi dava saldı – VİDEO | 1news.az | Xəbərlər
İdman

Finalda məğlub olan məşhur tennisçi dava saldı – VİDEO

11:36 - 10 / 09 / 2018
Finalda məğlub olan məşhur tennisçi dava saldı – VİDEO

Dünyanın ən güclü qadın tennisçilərindən biri, amerikalı Serena Uilyams US Open tennis çempionatının final matçında dava salıb, hakimi təhqir edib.

1news.az-ın məlumatına görə, Milli.Az ABC-yə istinadən bildirir ki, "Reddit" servisinin sahibi, amerikalı milyarder Aleksis Ohanyanın xanımı, 36 yaşlı tennisçi final matçında yapon rəqibi Naomi Osakaya 2 setdə 2:6, 4:6 hesabla uduzub.

İkinci set başlayan kimi S.Uilyamsın məşqçisi Patrik Muratoğlu tribunadan ona məsləhət verib. Bu səbəbdən S.Uilyams xəbərdarlıq alıb. 5-ci geymi uduzanda isə Serena raketkanı korta çırpıb sındırdığı üçün cərimələnib.

Hesab yapon tennisçinin xeyrinə 4:3 olanda Serena Uilyams hakim qülləsinə yaxınlaşaraq hakim Karlos Ramosu təhqir etməyə başlayıb. Bu səbəbdən o, geymdən məhrum edilib.

Ramos Uilyamsa "Tribunadakı məşqçinin məsləhətlərindən yararlanmayın" deyəndə tennisçi ona "Yalan deyirsiniz! Belə iş olmayıb!" söyləyib.

Bundan sonra S.Uilyams matçın baş hakimini korta çağırıb, qərarın ləğvini tələb edib.

"Mən qaydaları pozmamışam, fırıldaq etməmişəm! Ramos oğrudur! Onun qərarını ləğv edin", - Serena Uilyams deyib.

Lakin cəza ləğv olunmayıb.

Naomi Osaka isə "Böyük Dəbilqə" seriyasındakı turnirdə qalib gəlmiş ilk yapon qadın tennisçi olub.

Mükafatlandırma mərasimində tribunadakı azarkeşlər N.Osakanı fitə basıblar və yapon tennisçi ağlayıb.

"Matçlarda kişi idmançıların hakimləri təhqir etdiklərini görmüşəm. Qadın hüquqları və bərabərlik uğrunda mübarizə aparıram. Hakimi "oğru" adlandırandan sonra onun məni geymdən məhrum etməsini seksizm sayıram. Kişi tennisçilər ona bu sözü dəfələrlə desə də, həmin hakim onları geymdən məhrum etməyib. Qadınların hüquqları uğrunda mübarizəni davam etdirəcəyəm. Məsələn, Alize Kornein futbolkasını çıxarandan sonra cərimələnməməsi üçün", - Serena Uilyams turnirdən sonra deyib.

1news.az

Paylaş:
823

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər