FİFA ilin ən yaxşılarını mükafatlandırdı – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

FİFA ilin ən yaxşılarını mükafatlandırdı – SİYAHI

10:50 - 24 / 10 / 2017
FİFA ilin ən yaxşılarını mükafatlandırdı – SİYAHI

Ali futbol qurumu olan FİFA tərəfindən ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. “Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub.

Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

Budəfəki tədbirdə ilk dəfə olaraq ən yaxşı qapıçılar da seçilib. İtaliya millisinin və “Yuventus”un “çərçivə qoruyucusu” Canluici Buffon əsas rəqibləri Keylor Navas (“Real Madrid”, İspaniya) və Manuel Noyeri (“Bavariya”, Almaniya) qabaqlayıb.

Ötən ilin ən yaxşı azarkeşi adına Almaniyanın “Borussiya” (Dortmund) və Danimarkanın “Kopehagen” komandalarının fanatlarını qabaqlayan Şotlandiyanın “Seltik” klubunun tərəfdarları layiq görülüblər. 

Kişi futbolunda olduğu kimi qadın futbolunda da ən yaxşı baş məşqçi seçilib. Nominasiyanın qalibi adına Hollandiya qadın millisinin çalışdırıcısı Sarina Viqman layiq görülüb. O, danimarkalı Nils Nilsen (Danimarka yığması) və fransalı Jerar Preşeri (“Lion”) qabaqlayıb.

Nominasiyalardan biri də ötən ilin ən yaxşı qadın futbolçusunun kimliyi olub. Ötən ilin ən yaxşı qadın futbolçusu adına hollandiyalı Like Martens sahib çıxıb. “Barselona”nın üzvü Deyna Kastelyanos (“Santa-Klarita”, ABŞ) və Karli Lloydu (“Mançester Siti”, İngiltərə) qabaqlayaraq mükafatı qazanıb. 

İlin “fair-play” mükafatı Toqo millisinin və Çexiyanın “Zbryovko Brno” komandasının oyunçusu Fransis Koneyə təqdim edilib. O, matçlardan birində rəqib oyunçunu ölümdən xilas etdiyi üçün bu mükafata layiq görülüb. 

İlin ən yaxşı kişi futbolçusu adına isə portuqaliyalı Kriştianu Ronaldo layiq görülüb. O argentinalı Lionel Messi (“Barselona”, İspaniya) və braziliyalı Neymarı (PSJ, Fransa) qabaqlayıb.

Qeyd edək Ronaldo ötən mövsüm “Real”la birlikdə Çempionlar Liqasını, İspaniya La Liqasının və klublar arasında dünya çempionatının qalibi olub. O, həmçinin ÇL-nin bombardiri adına da yiyələnib. 

Onu da bildirək ki, 2017-ci ilin ən yaxşı onbirliyində (“Dream Team”) Buffon, Alves, Bonucci, Ramos, Marselo, Modriç, Kroos, İniesta, Neymar, Messi və Ronaldu yer alıblar.

Babək Cahandarov

Paylaş:
824

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər