FHN Mingəçevirdəki yanğınla bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Mingəçevirdəki yanğınla bağlı açıqlama yayıb

16:33 - 03 / 07 / 2018
FHN Mingəçevirdəki yanğınla bağlı açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, iyulun 3-də saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb.

Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.

Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundaki yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

S.Xankişiyeva

Paylaş:
683

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər