Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO

17:35 - 16 / 03 / 2018
Fəvvarələr meydanında Maykl Ceksonun məşhur hiti işarə dili ilə oxunub – VİDEO

Rəqqasə Renka Black Angel səhnə təxəllüsü ilə tanınan Rəna Ağamuradova yeni layihəsini – eşitmə və danışma qüsuru olanlara dəstək məqsədilə “You are not alone” (Sən yalnız deyilsən) adlı sosial çarxını təqdim edib.

Sosial layihənin iştirakçıları eşitmə və danışma qüsurlu qızlar, eləcə də Deaf Community təşkilatının rəhbəri, eşitmə və danışma qüsuru olan insanları öyrədən və bu sahədə tədbirlər keçirən Nuranə Abiyeva olub.

Həmçinin Nuranə Abiyeva M.Ceksonun “You are not alone” mahnısının işarə dili ilə tərcüməsinin də müəllifidir. Sosial layihə Bakının Fəvvarələr meydanında çəkilib.

“You are not alone” əfsanəvi Maykl Ceksonun ifasında ən sevdiyim mahnılardan biridir. Məhz həmin mahnı eşitmə və danışma qüsuru olanlara dəstək məqsədilə ərsəyə gətirilmiş sosial layihənin əsasını təşkil edir. Sosial çarxla göstərmək və demək istəyirəm ki, onlar yalnız deyil, güc birlikdədir”, - deyə Rəna Ağamuradova qeyd edib.

Qeyd edək ki, sosial çarxın rejissoru Etibar Hüseynlidir.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1063

Son xəbərlər

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47
Bütün xəbərlər