Fərid Şəfiyev: Keşikçidağın Azərbaycana məxsus olmasına dair tutarlı hüquqi sübutlar var | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev: Keşikçidağın Azərbaycana məxsus olmasına dair tutarlı hüquqi sübutlar var

11:47 - 17 / 07 / 2019
Fərid Şəfiyev: Keşikçidağın Azərbaycana məxsus olmasına dair tutarlı hüquqi sübutlar var

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının fəlsəfəsi kompleksi bütünlüklə bu və ya digər tərəfə vermək ideyası üzərində qurulmamalıdır. Hər iki tərəf mübahisəli ərazi üzərində mülkiyyət hüququ tələb etmək üçün tarixi və digər sübutlar gətirə bilər. Azərbaycan tərəfində də ərazinin ona məxsus olması ilə bağlı tutarlı hüquqi sübutlar mövcuddur.


1news.az xəbər verir ki, bu barədə beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin İ sədri Fərid Şəfiyev öz “facebook” səhifəsində yazıb.

O qeyd edib: "Azərbaycanda Keşikçidağ və ya Gürcüstanda David Qareci kimi tanınan dini ərazi ilə bağlı iki ölkə arasında gərginliyin artdığı bir vaxtda, Cerard Toal və Con Laflinin Ermənistan-Azərbaycan münaqişəsində “çoxsaylı coğrafi ərazilər”ə dair araşdırmalarında vurğuladıqları məqamı qeyd etmək yerinə düşür: “Dini kimliyi özünüifadə və cəmiyyətlərin demarkasiyasında özül kimi istifadə edən müasir milliyyətçilər həmçinin bir qayda olaraq torpaqlarla bağlı iddialarında dini abidələr və ərazilərdən nişangah kimi istifadə edirlər. Bu kimi strategiyaya malik problemlər milliyyətçiliyi araşdıran alimlərə çox tanışdır. Tarixən dini məkan müasir milliyyətçiliklə assosiasiya olunmuş istisna olunan məkandan fərqlənib. Dini icmalar və hakimiyyətlər daha sonra özləri milli yerdəyişmələr və layihələr üçün əsas rolunu oynayan digər xalqlarla bir araya gələrək birgə yaşayıblar. Bundan başqa dini abidələr heç zaman yalnız dinlə əlaqələndirilməyərək sülalə güc quruluşları ilə bağlı olub”.


Daha sadə dillə desək, bütün dünyada hər zaman dini bölgələr milliyyətçi qruplar tərəfindən ərazi iddiaları üçün istifadə olunur. Yuxarıda adıçəkilən alimlər daha sonra davam edərək yazırlar: “Erməni kilsəsi Orta Şərq, Anadolu və Qafqazda uzun və qarışıq coğrafi izlərə malikdir… kilsələr, qəbiristanlıqlar və dini daşlar münaqişə altında olan ərazinin ilk olaraq kimə aid olması ilə bağlı sübut kimi nəzərdən keçirilir və ərazi iddialarının irəli sürülməsi üçün əsas hesab edilir, əks halda bu ərazilər münaqişə predmeti olmazdı. (Gerard Toal and John O’Loughlin, “Land for Peace in Nagorny Karabakh? Political Geographies and Public Attitudes inside a Contested De Facto State.” Territory, Politics, Governance. vol. 1, no. 2, (2013): 170)

Baxmayaraq ki, Ermənistanla Azərbaycan arasında müasir münaqişə ərazi mübahisəsi ilə, daha dəqiq desək, Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsinə iddiaları ilə bağlıdır, yuxarıda adıçəkilən 2 nüfuzlu Qərb aliminin dedikləri Keçikçidağ ilə əlaqədar gərginlik yaratmaq istəyənlərə xəbərdarlıq olmalıdır”.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycan və Gürcüstan hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı strateji tərəfdaşlığa malikdir. Tarixən hər iki ölkə 1989-cu ilin 9 aprel və 1990-cı ilin 20 yanvar hadisələri kimi ortaq acılarla da üzləşiblər. Hər iki ölkənin əraziləri işğal edilib və bunlar iki ölkəni bütün bu məsələləri, o cümlədən sərhədlərin delimitasiyası məsələsini həll etmək üçün birgə işləməyə sövq etməlidir.

Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının fəlsəfəsi kompleksi bütünlüklə bu və ya digər tərəfə vermək ideyası üzərində qurulmamalıdır:

“Hər iki tərəf mübahisəli ərazi üzərində mülkiyyət hüququ tələb etmək üçün tarixi və digər sübutlar gətirə bilər. Azərbaycan tərəfində də ərazinin ona məxsus olması ilə bağlı tutarlı hüquqi sübutlar mövcuddur.


Dini ərazilər əməkdaşlıq mərkəzi kimi nəzərdən keçirilməli və sərhədlərin toxunulmazlığı, insanların, məhsulların və ideyaların sərhəd boyu azad axını kimi amillər də daxil olmaqla ortaq keçmişin və bu günün ümumi dəyərlərinin məkanı olmalıdır. 
İki ölkə arasında Cənubi Qafqaz regionda başqa bir münaqişənin baş verməsindən məmnun olacaq qüvvələr var. Primitiv milliyyətçiliyin və ya dini fanatizmin qarşısını almaq üçün zəruri tədbirlər irəli sürülməlidir. Bu baximdan rəsmi dini qurumların bu məsləyə dair bəyanatları müsbət qiymətləndirilməli, lakin eyni zamanda bu istiqamətdə səylər artırılmalıdır. 


Demarkasiya üzrə danışıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı və Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açmalıdır".

P.S.

 

 

Paylaş:
1021

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər