1news.az

Fərhad Məmmədov: Paşinyanın bəyanatları Koçaryan və Sarkisyanın köhnə tezislərinin bir hissəsidir

13 İyul saat 12:20 ~ 3 dəqiqəlik oxu 895
Fərhad Məmmədov: Paşinyanın bəyanatları Koçaryan və Sarkisyanın köhnə tezislərinin bir hissəsidir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Brüsselə səfərinin elə ilk günü sələflərinin ənənəsini davam etdirərək, Azərbaycanın ünvanına tənqidlər yağdırıb, ölkəmizi bir sıra məsələlərdə ittiham edib.

Brüsseldə keçirilən NATO-nun sammitində Paşinyan ilk olaraq “Karneqi” Araşdırma Mərkəzinə gedərək, oradakı ekspertlərlə görüş zamanı Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “qondarma Dağlıq Qarabağ” rejiminin “öz müqəddəratını təynin etmə” haqqını istəyib və Azərbaycana buna güzəştə getməyi tələb edib.

Qeyd edək ki, bu görüşdən əvvəl də erməni rəhbərliyi danışıqlar masasına Azərbaycanın işğal olumuş ərazilərində yaradılmış “qondarma Dağlıq Qarabağ” rejiminin nümayəndələrini cəlb etmək istəyirdi. Lakin rəsmi Bakı bu cəfəng təklifdən imtina etdi:

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müvafiq formatda davam etdirilməlidir. Ermənistan və ya hansısa üçüncü tərəf danışıqlar prosesi ilə bağlı şərt qoya bilməz”

Paşinyan bununla kifayətlənməyərək, daha bir “bəyanat” yaymaq qərarına gəlir. Erməni KİV-inə verdiyi müsahibədə o, Azərbaycanı yalnız Ermənistana qarşı deyil, bütün Cənubi Qafqaz regionu ilə bağlı “aqressiv” siyasət aparmaqda günahlandırır.

“Təəssüflər olsun ki, Ermənistanda baş verən demokratik inqilabdan sonra Azərbaycan daha da aqressivləşdi. Bu, yalnız Ermənistana qarşı deyil. Azərbaycan bütün regiona qarşı aqressiv siyasət yürüdür”, - deyə baş nazir bildirib.

“Nikol Paşinyanın Ermənistanda guya demokratik respublikanın qurulması ilə bağlı bəyanatı, Avropaya hazırki vəziyyəti sübut etməsidir.  Belə ki, onu rəhbərliyi ilə “korrupsiya ilə mübarizə” və digər addımlar Avropa İttifaqı tərəfindən etimad göstərilmir. Çünki hər kəs əsas məsələnin hökumətin formalaşmasında  görür. Bu isə növbədənkənar parlament seçkilərindən sonra baş tuta bilər”, - bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Ekspertin sözlərinə görə, hazırda Ermənistanın rəsmi koalisiyasında “Çiçəklənən Ermənistan” partiyası dayanır ki, bu da Avropa ölkələrində etibar yaratmır. Belə ki, partiyanın rəhbəri əvvəlki rejimlə əlaqəsi olan oliqarx Qaqik Sarukyandır:

“Buna görə də, Paşinyan əvvəlki hökumətdən fərqlənməsi üçün “demokratikləşmə və korrpusiya ilə mübarizə” rolunu oynamalıdır. Bununla da Aİ tərəfindən “demokratik islahatların” aparılması üçün maliyyə yardımı ala bilsin. Paşinyan sadəcə Ermənistanı Cənubi Qafqazda demokratiklik sahənin lideri kimi göstərmək istəyir”.

SAM rəhbərinin sözlərinə görə, Paşinyanın Brüsseldə “Dağlıq Qarabağın özünütəyinetmə” ilə bağlı səsləndirdiyi bəyanat əvvəlki hökumət rəhbərləri Robert Koçaryan, Serj Sarkisyanın köhnə tezislərinin bir hissəsidir:

“Dağlıq Qarabağ münaqişəsilə bağlı yeganə həll yolu beynəlxalq hüquq bazası – münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Danışıqlar beynəlxalq hüquqi sənədlər əsasında aparılmalıdır. Danışıqların başlanması kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasıdır. Daha sonra isə Dağlıq Qarabağən statusu ilə bağlı müzakirələrdir. Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib”.

Tərcümə: S.Xankişiyeva

XİN: Paşinyanın hərbi avantüra xarakterli addımları vəziyyətin gərginləşməsinə xidmət edir

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net