Fərhad Məmmədov: İlham Əliyev Azərbaycan cəmiyyətini daha da möhkəmləndirdi | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: İlham Əliyev Azərbaycan cəmiyyətini daha da möhkəmləndirdi

12:09 - 13 / 04 / 2018
Fərhad Məmmədov: İlham Əliyev Azərbaycan cəmiyyətini daha da möhkəmləndirdi

Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələrinə əsasən, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, hazırki Prezident İlham Əliyev liderlik edib.

MSK sədri Məzahir Pənahov mətbuat konfransında İlham Əliyevin seçkilərdə 86.03%, ən yaxın rəqibinin isə 3% səs topladığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovla seçkilərin yekunları ilə bağlı müsahibə apardıq:

- Fərhad müəllim, Prezident İlham Əliyevin rəqiblərindən bu qədər çox səs toplamasına necə aydınlıq gətirərdiniz?

- Seçkilərin nəticələri qanunauyğunluğun mövcudluğunu nümayiş etdirir. Çünki Azərbaycan seçicisi prezident İlham Əliyevin siyasətini açıq-aydın görür. 2003-cü ildən bəri bu siyasət Heydər Əliyevin siyasi kursunun prinsip və əsaslarına uyğun həyata keçirilir.

İlham Əliyevin hər prezidentliyi müddəti – yeni vəzifələr, çağırışlara yeni cavablar deməkdir. Statistik məlumatlara əsasən, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan qarşıya qoyulmuş bütün məqsədərə nail olub. Burada Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinin sona çatdırılması, “Əsrin müqaviləsinə” əsasən maliyyə axını, iqtisadi artım, xarici siyasət və digərlərini qeyd etmək olar.

Yəni Prezident İlham Əliyev seçkiqabağı söz verdiyi bütün vədlərini yerinə yetirib. Digər tərəfdən də Prezidentin bütün fəaliyyəti göz qabağındadır – o, xalqla görüşlər keçirir, bir sıra açılışlarda iştirak edir. İldə bir neçə dəfə İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Burada qarşıya qoyulan məqsədlər, ölkədəki problemlər və onların həlli yolları öz əksini tapır.

Digər tərəfdən də qonşu ölkələrdə baş verən hadisələr – iqtisadi böhran və müharibələr də nəzərə alınır. Ən azından son 6 ayın xəbərlərini izləsək, Azərbaycanla qonşu ölkələr arasında fərq açıq-aydın nəzərə çarpır.

Demək olar ki, regional əməkdaşlığın bütün isqtiqamətlərində uğura nail olunub. Nümunə üçün, “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifəadəyə verilməsi və digər layihələri qeyd etmək olar. Yaxın zamanlarda Türkiyədə TANAP qaz kəmərinin, həmçinin 2020-ci ilədək “Cənub Qaz Dəhlizi”nin də açılışı nəzərdə tutulub.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev qarşıya qoyulmuş yeni məqsədləri – qeyri-neft sektorunun inkişafı, yaxın 2-3 il üçün əsası qoyulmuş işlərdə irəliləyişləri açıqlayıb.  

- Sizcə, İlham Əliyevin növbəti prezidentlik müddətində əsas nailiyyətlər hansılardır?

- Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Azərbaycançılıq ideologiyası ətrafında xalqın birliyi, eləcə də stabil cəmiyyət və sabit inkişafa formalaşdırılmadır. Bu çox vacib məqamdır.

Bu mənada cənab Prezident dəfələrlə vurğulayır ki, Azərbaycanda xalqla hökumət birliyi var. Digər tərəfdən də dövlət başçısı xarici siyasəti daxili siyasətin davamı oldğunu da vurğulayır. Yəni ölkə daxilində sabitlik, maliyyə və iqtisadi resurslar – bütün bunların hamısı Azərbaycanda müstəqil xarici siyasət yürütməyə imkan yaradır.

Son 15 ildə Azərbaycanda qarşıya qoyulmuş bütün layihələr həyata keçirilib. Bu da Azərbaycanın məsuliyyətli tərəfdaş kimi nüfuzunu artırır. Region ölkələri Azərbaycanla əməkdaşlığa can atır. Bu da respublikanın iqtisadi inkişafına xeyir gətirir.

Azərbaycan xalqın hökumətə inamı kimi möhkəm resursu var. Bu da rspublikaya kənar təsirlərin qarşısını alır. Bütün bunların hamısı Prezident İlham Əliyevin yürütdüyü siyasətinin hesabınadır.

- Gələcək yeddi ildə Azərbaycanın inkişafını necə görürsünüz?

- İlk növbədə, Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı – vətəndaş cəmiyyətininin, ölkənin ictimai həyatında iştirak, ictimai nəzarətdir.

Digər tərəfdən də bu, qeyri-neft sektorunda ixracatın artırılması, yüksək texnologiyalı sənayenin genişləndirilməsi, Azərbaycanın Avrasiyanın energetik-nəqliyyat qovşağına çevirən energetik-nəqliyyat infrastrukturunun inkişafı Azərbaycan iqtisadiyyatının keyfiyyətli inkişafına səbəb olacaq.

Buraya həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində danışıqlar prosesinin aktivləşməsi və konkret məqsədlərlə nail olmaq da daxildir. Həmçinin regional əmkdaşlığın dərinləşməsi də bu sahəyə aiddir. Belə ki, Azərbaycan dünya okeanına çıxışı olmağıdı üçün ölkə iqtisadiyyatının şaxələndirilməsi aktual vəzifələrdən biridir.

Beləliklə, daxili siyasətin əsas məqsədləri – Azərbaycan cəmiyyətinin inkişafı, hər hansı dövlət proqramlarının həyata keçirilməsində ictimai nəzarət, qeyri-neft sektorunun inkişafı da daxildir. Xarici siyasət məsələsində qarşılıqlı münasibətlərin inkişafı istiqamətində müsbət ab-havanın yaradılması, münaqişənin nizamlanması üçün regional əməkdaşlığın dərinləşməsidir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1304

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər