“Exo Moskva” yeni antiazərbaycan çarçısı olub? | 1news.az | Xəbərlər
Siyasət

“Exo Moskva” yeni antiazərbaycan çarçısı olub?

11:18 - 14 / 02 / 2019
“Exo Moskva” yeni antiazərbaycan çarçısı olub?

Yaxın günlərdə “Exo Moskva” radiostansiyasında Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı, “Sciences Po”nun professoru Serqey Quriyevin müsahibəsi təqdim olunub.

Müsahibə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bazar iqtisadiyyatının inkişafı və fəaliyyəti məsələlərinə, həmçinin postsovet məkanı ölkələrinə həsr olunmuşdu.

AYİB-in Azərbaycanda fəaliyyəti ilə bağlı suallara cavab verən Quriyev qeyd edib:

“Ən böyük sərmayələrimiz Azərbaycanla bağlıdır. Bu, təbii ki, qaz boru-kəməridir. TAP-TANAP boru-kəmərləri vasitəsilə qaz Cənubi Avropaya çatdırılır. Bu, çox vacib yatırımdır. Bu nəhəng layihələri AYİB digər sərmayədarla birlikdə həyata keçirir”.

Azərbaycanın AYİB ilə əməkdaşlığı 27 il öncə başlayıb. 1992-ci ildə ölkə AYİB-in üzvü olan zaman bank Azərbaycanın maliyyə, korporativ, infrastruktur və enerji sahələrinə 167 layihəsinin maliyyələşməsinə 3,231 milyard dollar sərmayə yatırıb.

S.Quriyevin bəhs etdiyi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru layihələri Avropa İttifaqı və ABŞ tərəfindən ciddi dəstək almış və Avropanın enerji təhlükəsizliyinin təminatına yönəlmiş “Cənub Qaz Dəhlizi”nin əsas hissəsidir. Bu layihə vasitəsilə 2020-ci ilə qədər 10 milyard kubmetr həcmində qazın Avropaya təchizatı nəzərdə tutulur. Eləcə də 6 milyard kubmetr Azərbaycan qazının Türkiyənin qərb regionuna çatrırılacaq.

TANAP layihəsinin həyata keçməsi üçün maliyyə mənbələrdən biri kimi AYİB Azərbaycan hökuməti ilə 2017-ci ilin oktyabrında 500 milyon dollar həcmində və 18 illik kredit müqaviləsi imzalayıb. TANAP-ın təntənəli açılış mərasimi ötən ilin iyunun 12-də Türkiyənin Eskişehir şəhərində baş tutdu.

Bu gün Azərbaycanla AYİB bu nöqteyi-nəzərdən əməkdaşlığın dərinləşməsi və yeni imkanların axtarışı baxımından böyük potensiallar görür. Xüsusilə, infrastruktur layihələrinin dəstəklənməsi, özəl sektorun inkişafı və məişət tullantılarının idarə edilməsi sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

Bütün bunlar texniki məqamlardır. Əgər “Exo Mosvkada”kı müsahibəyə qayıtsaq, görərik ki, sual cavabdan daha çox maraq doğurur. Xüsusilə də mənfi nöqteyi-nəzər baxımdan. Cavabın məlumatlılıq və ehtiyatla seçilmiş sözlərdən verilməsinə baxmayaraq, sualın təxribat xarakterli olması açıq görünür.

“Azərbaycan. Neft, sultanlıq, irsi monarxiya üzərində yaşayan klassik ölkədir. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı orada nə edir?” kimi sual səsləndirilib.

 “Exo Moskva”nın Azərbaycanla bağlı bu cür səriştəsiz sualı elə təəəsürat yaradır ki, əsas diqqət suala deyil, ona verilən məğzdədir.  

Və bu cür sualın səsləndirilməsi üçün “yuxarıdan verilmiş tapşırığ”ı istisna deyil. Son zamanlar bir sıra rus nəşrlərində açıq şəkildə antiazərbaycan materiallarının dərc edildiyini nəzərə alaq.

Aydın məsələdir ki, söhbət Azərbaycan kimi etibarlı və stabil dövlətlə mehriban qonşuluq və sıx əməkdaşlıq edən Kremldən getmir.  Söhbət Azərbaycan-Ausiya münasibətlərinin inkişafını həzm edə bilməyən, hər cəhdlə bunu parçalamağa çalışan müəyyən dairələrdən gedir.

Belə olan halda Azərbaycanla əlaqələrin möhkəmlənməsini prioritet hesab edən Rusiya rəhbərliyi iki dövlət arasında nifaq yarada biləcək istənilən fəaliyyətə ehtiyatla yanaşmalıdır.

Bəlkə Kremldə kimsə bu məsələ ilə bağlı ciddi düşünməlidir?

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1158

Son xəbərlər

Nazirlər Kabineti sahibkarlıqla bağlı bəzi qərarlarını dəyişibBu gün, 17:15Paytaxt yollarında hazırda müşahidə olunan vəziyyət açıqlandı - SİYAHI - FOTOBu gün, 16:58Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir - FOTOBu gün, 16:52Sükan arxasında huşunu itirən xanım sürücüyə kömək edən şəxsə təşəkkür edildi - FOTO - VİDEOBu gün, 16:49“Stimul Hospital” Bahar Qasımovanın ölümü ilə bağlı açıqlama yaydıBu gün, 16:36“Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu gün, 16:30Yağış, qar, şaxta - Faktiki hava açıqlandıBu gün, 16:15Bakı hava limanı bayram günlərində fasiləsiz iş rejimini təmin etməyə tam hazırdırBu gün, 16:07Novruz bayramına görə mart ayının müavinətləri tam ödənilibBu gün, 15:58Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71%-i icra olunub - FOTOBu gün, 15:44Məktəblərdə tətildən sonrakı ilk iş günü açıqlandıBu gün, 15:33Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir - FOTOBu gün, 15:10Azərbaycanda yeni idman kanalına lisenziya verilibBu gün, 15:05Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10
Bütün xəbərlər