1news.az

“Eurosport” Mahir Mədətovu İnyesta və Lempardla müqayisə etdi – VİDEO

20 Noyabr saat 10:48 ~ 1 dəqiqəlik oxu 71
“Eurosport” Mahir Mədətovu İnyesta və Lempardla müqayisə etdi – VİDEO

Noyabrın 17-də UEFA Millətlər Liqasının IV turu çərçivəsində Farer adalarına qarşı görüşün əsas qəhrəmanlarından olan millimizin hücumçusu Mahir Mədətov diqqət mərkəzinə düşüb.

1news.az-ın məlumatına görə, buna səbəb gənc futbolçunun görüşün 29-cu dəqiqəsində baxımlı qola imza atmasıdır.

Xatırladaq ki, meydanın ortasında komanda yoldaşından ötürmə alan Mədətov bədəni ilə topu Hallur Hansondan gizlədikdən sonra təxminən 25 metr məsafədən doqquzluğu dəqiq nişan alaraq möhtəşəm qola imza atıb. Görüş isə 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Onun bu qolu əcnəbi mütəxxəssislərin də diqqətini cəlb edib. Hətta nüfuzlu “Eurosport” saytı qol epizodunda davranışlarına görə Mahiri məşhur futbolçulardan Andres İnyesta və Frenk Lempardla müqayisə edib.

Fransanın məşhur gündəlik idman qəzeti "L'Equipe" də Mahir Mədətovun qolundan yazaraq saytında paylaşıb.

Həmin qolu təqdim edirik:

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net