Etibar Nəcəfov: Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyasını təbliğ edir | 1news.az | Xəbərlər
Siyasət

Etibar Nəcəfov: Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyasını təbliğ edir

12:58 - 15 / 06 / 2018
Etibar Nəcəfov: Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyasını təbliğ edir

Tarix boyu elə dövlətlər olub və hazırda da var ki, onlar məqsədyönlü şəkildə cəmiyyətdəki etnikmədəni müxtəlifliyin artmasının qarşısını almağa çalışırlar.

Bu dövlətlər etnik-mədəni müxtəlifliyin artmasını öz milli təhlükəsizliyinə təhdid hesab edirlər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib.

O vurğulayıb ki, belə dövlətlər cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi siyasətinə bu müxtəlifliyin ləğv olunması siyasətini qarşı qoyublar:

"Misal kimi belə dövlətlərdən Ermənistanı göstərmək olar. Ermənistan rəhbərliyi ölkədə hələ 1930-cu illərdə faşist, irqçi Qaregin Njde və Ayk Asatryan tərəfindən irəli sürülmüş “Tseqokron” (erməni dilindən tərcümədə “qəbiləyə sitayiş” mənasını verir) adlı irqçi nəzəriyyəni geniş şəkildə təbliğ edir. 2004- cü ildə İrəvanda “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr olunub. 2016-cı ilin mayın 28-də Yerevanın mərkəzində Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın iştirakı ilə nasist canisi Qaregin Njdenin heykəli açılıb. Müasir dövrdə Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyası olan tseqokronizmi təbliğ etməklə Ermənistanı monoetnik ölkəyə çevirib".

S.Xankişiyeva

 

Paylaş:
546

Son xəbərlər

Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43
Bütün xəbərlər