Əsgərlərin konservalarını oğurlayan Qriqoryanın həyat yoldaşı ifşa edildi | 1news.az | Xəbərlər
Ermənistan

Əsgərlərin konservalarını oğurlayan Qriqoryanın həyat yoldaşı ifşa edildi

10:14 - 20 / 06 / 2018
Əsgərlərin konservalarını oğurlayan Qriqoryanın həyat yoldaşı ifşa edildi

Həbs edilmiş Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı əsgərlər üçün nəzərdə tutulmuş təxminən 3 min banka konservi gizlətməyə çalışıb.

1news.az  “aysor.am”a istinadla xəbər verir ki, erməni polisi üzərlərində "satış üçün deyil, əsgər payıdır" etiketli konservalarla dolu qutular yüklənmiş maşınlar aşkar edib.

Belə ki, Ermənistan polisinə İrəvan şəhərindəki Soqomon Tarontsi küçəsində konservləşdirilmiş yeməklərlə yüklənmiş "UAZ" və "QAZ" markalı avtomobillərin park edilməsi barədə məlumat daxil olub. Bu yük avtomobillərinin sürücüləri “Yerkrapa” könüllüləri birliyinin üzvləri saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıblar.

Avtomobillərə baxış zamanı "satış üçün deyil, əsgər payıdır” etiketli 2980 ət konservi aşkarlanıb.

Sürücülərin sözlərinə görə, həmin konserva qutuları həbs edilmiş Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın göstərişi ilə "Yerkrap”ın binasından digər ünvana aparılırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.

P.Sultanova

 

 

 

Paylaş:
789

Son xəbərlər

Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45
Bütün xəbərlər