Əsgər ölümünə görə 3 nəfər həbs edilib - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Əsgər ölümünə görə 3 nəfər həbs edilib - RƏSMİ

09:51 - 17 / 08 / 2018
Əsgər ölümünə görə 3 nəfər həbs edilib - RƏSMİ

8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ hərbi prokurorluğuna həmin hərbi hissənin əsgəri Fəhmin Əbilovun avtomat silahdan atəş açaraq özünü öldürməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Qarabağ hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, şahidlərin dairəsi müəyyən edilərək izahatları alınmışdır. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Mərkəzi tərəfindən meyitin müayinəsi aparılmışdır.

Hərbi Prokurorluqdan 1news.az-a verilən məlumata görə, həmin tarixdə Qarabağ hərbi prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

Zərərçəkmiş şəxsin valideynləri və yaxın qohumları tərəfindən Silahlı Qüvvələrin MTE və PA Mərkəzində aparılmış müayinənin obyektivliyi şübhə altına alındığından, cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə istintaqın davam etdirilməsi Respublika Hərbi prokurorunun müavininə tapşırılmış və istintaq qrupu yaradılaraq hadisənin baş verdiyi hərbi hissəyə ezam olunmuşdur.

Avqustun 9-da Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyində təcrübəli ekspertlər tərəfindən mərhumun yaxın qohumlarının iştirakı ilə meyitin təkrar müayinəsi aparılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, əsgər Əbilov Fəhmin Akif oğlu xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Xəlilov Elmir Rəsul oğlu və həmin postun əsgərləri Tanrıverdiyev Sənan Səbuhi oğlu və Arazov Rəşad Xəqani oğlu tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalmışdır.

Həmçinin müəyyən edilmişdir ki, avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoymuş, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürmüşdür.

Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə əsgər S.Tanrıverdiyevə Cinayət Məcəlləsinin 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), əsgər R.Arazova Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Avqustun 13-də zərərçəkmiş şəxsin atası Akif Əbilov Azərbaycan Respublikası Baş Prokuroruluğunun rəhbərliyi tərəfindən qəbul edilərək cinayət işi üzrə istintaqın gedişatı barədə məlumatlandırılmış, ona istintaqın tam, hərtərəfli və obyektiv aparılaraq övladının ölümündə təqsirli olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

1news.az

 

 

Paylaş:
1006

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər