ƏSA Teatrı Lənkəranda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏSA Teatrı Lənkəranda – FOTO

16:45 - 22 / 07 / 2019
ƏSA Teatrı Lənkəranda – FOTO

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA  Teatrı Lənkəranda qastrol səfərindədir. Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

1news.az-ın verdiyi xəbərə görə, cənub bölgəmizin döyünən ürəyi olan Lənkəran şəhərindəki N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində ƏSA Teatrının repertuarından tamaşaçıların sevimli "Adamlar və siçanlar" tamaşası anşlaqla baş tutub. Cari teatr mövsümünü qastrol səfəri ilə yekunlaşdıran ƏSA Teatrına olduqca böyük marağın olması Lənkəran səhnəsində bir daha qabarıq şəkildə görünüb.

Amerikalı yazıçı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanığa mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.

Qeyd edək ki, "Adamlar və siçanlar" tamaşası paytaxt Bakı ilə yanaşı regionlarda da nümayiş olunub. Tamaşaçıların teatra olan marağını nəzərə alaraq Naxçıvanda və Lənkəranda böyük coşğu ilə qarşılanıb.

ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır.   

S.Xankişiyeva

 

Paylaş:
803

Son xəbərlər

Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54
Bütün xəbərlər