Mübariz Əhmədoğlu: Ermənistanın İrana münasibətində kardinal dəyişikliklər baş verib | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanın İrana münasibətində kardinal dəyişikliklər baş verib

10:27 - 19 / 02 / 2018
Mübariz Əhmədoğlu: Ermənistanın İrana münasibətində kardinal dəyişikliklər baş verib

İranın Ermənistandakı səfiri S.K.Səccadinin son  bəyanatının təhlili belə nəticəyə gəlməyə tam əsas verir. Səccadi İranla Ermənistan arasında iri layihələrin (Mehri SES-in və dəmir yolunun) reallaşmamasının məsuliyyətini Ermənistanın üzərinə qoydu.

Ermənistanın AİB-ə üzvlüyünün heç bir fayda vermədiyini bildirdi. Bununla da son illərdə rəsmi Yerevanın əsas “kozırını” əlindən aldı; Ermənilər AİB-lə İran arasında körpü rolu oynamağa çox iddialı idilər və bunu ciddi səylə təbliğ edirdilər. Mehri AİZ-i də bu məqsədlə yaratmışdılar. Yeri gəlmişkən qeyd edək ki, Mehri AİZ-in açılışında İran tərəfi iştirak etmədi. İndi səfirin bəyanatı dekabrın sonlarında Mehri AİZ-in açılışı ətrafında baş verənlərə aydınlıq gətirdi. Səfiri belə mövqe ortalığa qoymağa vadar edən səbəblər sensasiyalıdır:

ı. Ermənistan prezidenti S.Səkisyan İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İrana təbrik məktubu göndərmədi. Bu vaxtadək Ermənistan prezidentləri hər il İranın prezidentinə və Ali rəhbərinə iki təbrik məktubu ünvanlayırdılar.

ıı. Rəsmi Yerevanın İran İslan İnqilabının 39-cü ildönümünün Ermənistanda qeyd edilməsinə icazə verilmədi.

ııı. Yerevan Dövlət Universitetində ikinci İranistika kafedrasının əvəzinə iranşünaslıq auditoriyası yaradıldı.

Göründüyü kimi Ermənistanın İrana göstərdiyi bu münasibət çox təhqirlidir və bunun müqabilində İran səfirinin mövqeyi öz dövlətinin mənafelərini lazımınca qoruya bilməmək kimi təfsir edilməlidir. Hər halda səfir üçün belə vəziyyət gözlənilməz olmamalı idi. Çünki bu hadisələrdən bir az öncə yüksək çinli ABŞ rəsmisi B.Brink  Ermənistanda səfərdə olub, İran məsələsini müzakirə etmişdi. Ondan bir az əvvəl rəsmi Yerevan İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qaz paylama şəbəkəsini RF-ə verdi. Bundan da bir az qabaq prezident S.Sərkisyan İranı daxili sabitliyi olmayan ölkə kimi xarakterizə etmişdi. Məhz İranın daxilindəki xaos və qeyri-sabitliyin  Ermənistanın İranla əlaqələrinin inkişafına maneçilik törətdiyini bildirmişdi.

Biz İranın Dağlıq Qarabağ tənzimlənməsindəki gücü və potensialına və eləcə də uzun müddətli mövqeyinə bələdik. Qarabağ torpağı müqəddəs torpaqdır. Bu fikri əlavə inkişaf etdirmək niyyətində deyiləm. Amma İran rəsmilərinə və din xadimlərinə bir yadasaldı etmək niyyətindəyik. Ermənistan suveren dövlət deyil. Qərar qəbul etməsində gah Rusiyanın, gah da ABŞ-ın mövqeyini nəzərə alır. Hər iki dövlətin Ermənistan üzərində təsirinin artmasının ən əsas səbəbi hər iki dövlətin Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini dəyişmələridir. Rusiya və ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqedən xeyli uzaqlaşıblar. Səfir özü də etiraf edir ki, İranın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi bu münaqişə yarandığı andan ermənilərin tərəfindədir. Bəlkə İran Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişməyi sınaqdan keçirsin?!

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

 

Paylaş:
596

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər