Ermənistanı məyus edən “Polonez”lər haqqında beş fakt – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanı məyus edən “Polonez”lər haqqında beş fakt – FOTO – VİDEO

12:57 - 23 / 06 / 2018
Ermənistanı məyus edən “Polonez”lər haqqında beş fakt – FOTO – VİDEO

Azərbaycan Ordusunun Belorusun “Polonez” raket kompleksini əldə etməsi, ölkəmizin müdafiə gücünü daha da artırdı.

Yaxın günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə baş tutan N saylı hərbi hissənin açılış mərasimində bir neçə hərbi maşınların da fotoları yer aldı.

Azərbaycan Ordusunun 100 illiyi münasibətilə iyunun 26-da baş tutacaq hərbi paradda “Polonez”lər də iştirak edəcək. Həmçinin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi maşınların təchizi hələ davam edəcək. Bütün bunlar Ermənistanda şiddətli təşvişə səbəb olub, hətta orada Azərbaycan Ordusunun güclənməsindən narahatlıqlar da yaşanır.

Bununla əlaqədar olaraq 1news.az, Ermənistanı kədərləndirən Azərbaycan “Polonez”ləri haqqında 5 maraqlı faktı diqqətinizə çatdırmaq qərarına gəlib.

Birinci fakt: İlham Əliyevin siyasi qələbəsi

Azərbaycanın “Polonez” raket sistemlərinin əldə etməsi ilk növbədə Azərbaycanın və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi qələbəsidir. Axı erməni rəhbərliyi müxtəlif vasitələrə əl ataraq Belorusa təzyiq göstərib, “Polonez”lərin Azərbaycana satılmasına mane olurdu. Lakin Prezident İlham Əliyev hər zamankı kimi siyasi təcrübəsi və diplomatik istedadı sayəsində ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütüövlüyünün qorunması üçün Azərbaycan Ordusunda “Polonez”ləri əldə etdi. Bu da dövlət başçımızım beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir.

İkinci fakt: “İsgəndər”lərin təhdidinin təyini

Azərbaycanda “Polonez”lərin olması Ermənistandakı “İsgəndər”lərin təhdidini tarazlaşdırır. Həmçinin Cənubi Qafqazın dağ-yamac quruluşunu nəzərə alsaq, Belorusun raket kompleksi çoxfunksionallıdır. 8 raket olan “Polonez”lər düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmağa qadirdir.

Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri də dağıdıla və onun döyüş gəmiləri məhv edilə bilər.

 “Polonez” 300 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetili qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polonez” YARS-ın bir batareyası (6 maşın) 100  kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır.

“Polonez” yeni M-20 idarə olunan yüksək dəqiqlikli raketdən istifadə edildikdə operativ-taktik raket kompleksinin xüsusiyyətlərinə sahib olur. Bu raket 280 kilometr maksimal atış uzaqlığına malikdir. Lakin ekspertlər bu göstəricinin ixraca icazə üçün formal göstərildiyini, əslində adıçəkilən raketin atış mənzilinin 300 kilometrin üzərində olduğunu düşünürlər. Raketin döyüş hissəsi 480-560 kq trinitrotoluol gücə malikdir. “Polonez”lər 300 kilometr uzaqlıqda yerləşən hədəfləri vuraraq yüksək nəticə göstərib.

“Polonez-M” layihəsi çərçivəsində raketin atış uzaqlığı artırılmaqla yanaşı, kompleksin təkərli şassisi, əlaqə vasitələri və məlumatların ötürülmələri və proqram təminatı yenilənib. Buraxıcı qurğu MZKT 7930-3013 maşınına yerləşdirilib. Maşında şəxsi heyətin partlayış təsirlərindən müdafiəsi nəzərə alınıb.

M-20 raketi xarici görünüşcə Rusiyanın “İsgəndər” OTRK-lərində istifadə edilən 9K720 raketinə bənzəyir.  Beləliklə, “Polonez” vasitəsilə Naxçıvan, Qazax və ya Daşkəsəndən Ermənisana zərbələr endirmək üçün kifayətdir.

Üçüncü fakt: Azərbaycan və Belorus – qardaş ölkə və etibarlı tərəfdaşlardır

“Polonez” raket kompleksinin əldə etdilməsi Azərbaycanla Belorus arasında yüksəksəviyyəli dostluq və əməkdaşlığın göstəricisidir. Eyni zamanda, “Polonez” raket kompleksinin əldə edilməsi Azərbaycanla Belorus arasında diplomatik əlaqələrin 25 illiyinə təsadüf edir.

Ermənilərin həyasız cəhdlərinə baxmayaraq, Belorus prezidenti Aleksandr Lukaşenko onları ölkəsinin suveren işlərinə qarışmağa qoymadı, Belorus-Azərbaycan arasında maraqları, dostluğu hər şeydən üstün tutdu.

Bununla da, Belorusun hərbi-sənaye maraqlarını qoruyaraq, büdcəni,  hərbi-idxal potensialını möhkəmləndirdi. Eləcə də, Prezident İlham Əliyevin onda yaratdığı dostluq və işgüzar münasibətləri,  ölkələr arasında xeyirə xidmət etdiyini nümayiş etdirdi.

Dördüncü fakt: Azərbaycan xarici siyasi təzyiqlərə davam gətirir.

Azərbaycan Ordusunda “Polonez”lərin təchizatı ölkəmiizn xarici siyasi təzyiqlərə davam gətirməsinin göstəricisidir. Sirr deyil ki, Ermənistan “İsgərndər”lər əldə etdikdən sonra, bir sıra “dəlisov başlar” Yerevanda ölkəmizi “cəbhə xəttində keşik çəkməyə”, “Qarabağı unudun” kimi fikirlər səsləndirdi. Lakin bu, baş vermədi.

Əksinə, yaxın zamanlarda – mayın 20-dən 27-nə qədər Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarətinə keçib.  

Bununla da Azərbaycan Ordusu düşmənin heç bir təhdindən qorxmadığını göstərdi.

Beşinci fakt: Azərbaycanın dünyada artan nüfuzu

Azərbaycanın “Polonez” raketlərini əldə etməsi, həmçinin digər göstəricinin – ölkəmizin Çinlə münasibətlərinin möhkəmlənməsinə də sübutdur. Belə ki, “Polonez” raketlərinin kökündə Çin istehsalı dayanır.

Polonez” sistemləri Çinin China Academy of Launch Vehicle Technology (CALT) şirkətinin istehsalı olan A200 raketləridir.  A200 50-200 km məsafədə hədəfləri vura bilmək gücünə malikdir.  

Azərbaycanda bu raket sistemlərini olması, Çinin də razılığını göstərir. Həmçinin bu, Azərbaycanın dünyada artan nüfuzunu, güclü dövlətlər tərəfindən hörtməni təsdiqləyir. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Yerevanın bu sövdələşməni dayandırmaq gücünə sahib olmadığını etiraf edib.

Sonda qürurla “Polonez”lərin Azərbaycanın müdafiə sistemində yer alması Ordumuzun düşmənin daha uzaq həfədini vurmaq gücünə sahib olduğunu qeyd etmək olar.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1222

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlərBu gün, 13:49Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20
Bütün xəbərlər