Ermənistanda sönük seçkilər fonunda Paşinyanın qələbəsi nə vəd edir? - TƏHLİL | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda sönük seçkilər fonunda Paşinyanın qələbəsi nə vəd edir? - TƏHLİL

15:38 - 10 / 12 / 2018
Ermənistanda sönük seçkilər fonunda Paşinyanın qələbəsi nə vəd edir? - TƏHLİL

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən bəlli oldu ki, baş nazir vəzifəsini icra edən Nikol paşinyanın “Mənim addımım” bloku səslərin əksəriyyətini qazanıb. Belə ki,  Mərkəzi Seçki Komissiyasının məlumatına görə, üç siyasi qüvvə yeni parlamentə daxil olacaq.

Bunlar  Nikol Paşinyanın "Mənim adımım" bloku (70.43%), "Çiçəklənən Ermənistan" partiyası  (8.27%), "İşıqlı Ermənistan" partiyasıdır (6.37%).

Sabiq prezident Serj sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası və Daşnaksütyun Partiyası isə lazım olan 5% baryeri aşa bilməyib.

Digər siyasi blok və partiyaların səs faizləri belədir:

Daşnaksütyun - 3.89% (48811),

"Biz" bloku - 2% (25174),

Sasna Tsrer - 1,82% (22862),

"Orinats Yerkir" - 0,99% (12389),

"Vətəndaşın qərarı" - 0,68% (8530),

"Xristian-milli dirçəliş" - 0,51% (6456),

"Milli Tərəqqi" - 0.33% (4122).

Nəticələr onu göstərir ki, qarşıdakı beş ildə parlamentdə Nikol Paşinyanın tərəfdarları olacaq, yəni rəqabətsiz, müxalifətsiz parlament fəaliyyət göstərəcək.

Paşinyanın qələbəsinə baxmayaraq, seçkilərdə seçici fəallığı müşahidə olunmayıb belə ki, seçicilərin heç 50 səsverməyə qatılmayıb. Seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan da seçici passivliyni etiraf edib. Onun sözlərinə göə, səsvermə hüququ olan 2 592 481 seçicidən yalnız 1 260 840 nəfər seçkidə iştirak edib.

Həmçinin, seçkilər qanun pozuntusu ilə müşayət olunub.Rəsmi qurumlar seçkilərdə 200-ə yaxın qayda pozuntusunun olduğunu təsdiq edir. Hələ seçkilərin gedişində Ermənistanın Baş prokurorluğu səsvermə zamanı 65 pozuntu ilə bağlı məlumata baxıldığını, onlardan 32-nin cinayət tərkibli olduğunu bildirib.

Bu seçkilər bir tərəfdən Ermənistan xalqının Serj Sarkisyan və Robert Köçəryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdığını göstərdisə, digər tərəfdən Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladığını ortaya qoydu.

Seçkilər göstərdi ki, erməni xalqı idarəedici elitanın nə müxalif,

nə də iqtidar kəsiminə etibar etmir. Odur ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi.

Küçələrə axışan kütlənin təzyiqilə oxlokratik rejim qurmuş Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-isitfadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70%-i, yəni

erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb.

Seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti Rusiya mövqeli bir hakimiyyət formalaşır. Soros Fondu Paşinyan komandasının zəif seçki nəticələri göstərməsinin nümunəsində postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradı, indi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.

Mövzunu 1news.az-a şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, Ermənistandakı seçkilərin nəticələri gözlənilən idi. Bütün sorğular da göstərirdi ki, Paşinyanın tərəfdarları tam üstünlük əldə edəcəklər. Bu seçkilərin vaxtından əvvəl keçirilməsində məqsəd də o idi ki, Paşinyana dəstək verən kütlə geri çəkilməsin.

Politoloq hesab edir ki, indi sözlə oynamaqla kütləni əldə saxlamaq mümkündür, ancaq qışdan sonra xalq hakimiyyətin bir ilində nəticələri tələb edəcək:

Bu, rəqabətli seçkilər olmadı

“Halbuki, o nəticələri təqdim etmək çətin olacaqdır. Buna görə də Paşinyan seçkiləri irəli çəkməklə istədiyi nəticəni rəsmiləşdirdi. Ancaq bu hələ ki, heç nə demək deyil. Ola bilsin ki, seçkiləri şəffaf, demokratik təqdim edəcəklər, amma bu seçkilər rəqabətli olmayıb, seçkilərdə Paşinyana opponetlik edən qüvvələrin imkanları yox idi. Əslində bu seçkilər hamının istədiyi rəqabətli seçki olmadı və parlamentdə demək olar ki, müxalifət yoxdur. Paşinyanın müttəfiqi olan iki partiyaya müxalifət donu geyindirərək “müxalifətçilik” edəcəklər. Amma təkrar edirəm ki, bu parlamentdə müxalifət yoxdur, müxalifət parlamentdən kənarda qaldı.

Bu isə o deməkdir ki, necə əvvəlki iqtidarın parlamentdə çoxluğu var idi, ancaq Paşinyan küçəni ayağa qaldıraraq gəlib parlamentdən onları silib kənara atdı, eyni aqbətlə vaxt yetişəndə Paşinyanın özü üzləşəcək. Yəni Paşinyanın rəqibləri kütləni qaldıraraq, parlamentdə çoxluğa fikir vermədən onu silib çölə atacaqlar”.

Seçici fəallığının aşağı olmasını şərh edən  millət vəkili deyib ki, insanlar anlayırlar ki, sözlə oynamaqla əvvəlki rejimi devirməklə Ermənistanı ağ günə çıxarmaq mümkün deyil:

“Çətin qərarlar verilməlidir. Bu çətin qərarlardan ən birincisi isə Ermənistanın Azərbaycan torpaqlarının işğalından əl çəkməsi ilə bağlıdır. Anlayırlar ki, bunu etmək iqtidarında deyillər, amma başqa cür heç nə dəyişən deyil. Buna görə də əksəriyyət başa düşür ki, hakimiyyət dəyişikliyi ilə bunları ağ günə çıxarmaq, hardasa bir perspektiv vermək mümkün deyl. Düşünürəm ki, indi əksəriyyətin gözlədiyi budur ki, Avropa İttifaqı bunlara vizasız gediş gəliş verəcək. Br qisim qaçıb Rusiyada özünə gün ağlayıb, qalanları da kimin əli çatacaq qaçıb Avropaya orda özü üçün bir həyat quracaq. Çünki qonşularla düşmənçilik siyasətindən əl çəkməyənə qədər Ermənistanı normal inkişaf yoluna çıxarmaq qeyri mümkündür”.

Seçkilərdə iştirak etməyənlərin tam əksəriyyəti Rusyapərəstlərdir

Parlamentdə anti-Rusiya mövqeyinin qələbə çalmasına da toxunan R.Musabəyov deyib:

“Əvvəla seçkilərdə iştirak etməyənlərin tam əksəriyyəti elə Rusyapərəstlərdir. Yəni Paşinyanı alternativ yollr axtaranlar dəsəklədilər ki, bəlkə nəsə əldə etdilər. Amma bu ümidlər də əbəsdir. Təbii, anlayırlar ki, Rusiyadan nə mümkün idi əldə ediblər. Nəzərə alsaq ki, indi Rusyanın da vəziyyəti yaxşı deyil, nəsə əldə etmək mümkün olmayacaq. Bunun müqabilində onlar Rusiyanın ətəyini buraxsalar, heç kim Ermənistanı himayəyə götürüb, dolandıran deyil. Ona görə də Rusiyadan əlavə nəsə gözləmirlər, ancaq Rusyanın ətəyini buraxdıqları halda olanlarından da məhrum olacaqlar. Ancaq heç kim kənardan gəlib bunları yola verməyəcək. Ona görə də belə vəziyyətdə siyasətə maraq itir və hər kəs daha çox öz aqibətini düşünür”.

Politoloq hesab edir ki, Paşinyan özünü yaxşı populist kütlə təşkilatçısı kimi nümayiş etdirdi:

“İndi vacibdir ki, özünü bir dövlət adamı kimi də göstərsin. Bunu bacaracağını demək nəzəri cəhətdən çətindir. Bu ondan asıılıdır ki, taleyüklü məsələlərin həllində qolunu çırmlayıb işə başlaya bilsin. Bu da təkrar edirəm ki, ilk növbədə Qarabağ münaqişəsinin sülh yolu ilə nizmlanmasından,  qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasından keçir. Onun əsas edəcəyi iş budur. Etməyəcəyi halda hakimiyyəti uzun çəkməyəcək. Fərqi yoxdur, parlamentdə çoxluğa sahibdir ya yox. Bunun heç bir əhəmiyyəti yoxdur. Sabah onu ya terrora məruz qoya bilərlər ya da kütləni qaldırıb, silib atacaqlar.

P.Sultanova

 

 

Paylaş:
907

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər