Ermənistanda Paşinyan dövrü və balans dəyişikliyi   | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanda Paşinyan dövrü və balans dəyişikliyi  

17:07 - 31 / 05 / 2018
Ermənistanda Paşinyan dövrü və balans dəyişikliyi  

Ermənistanda baş nazir postuna seçkilərdən sonra baş verən etiraz aksiyaları və iqtidar dəyişikliyi sürətlə irəlilədiyindən hadisələrin həqiqi məqamı bir çoxları üçün qaranlıq qaldı.

1news.az-ın məlumatına görə, bu Türkiyənin BİLGESAM (Bilge Adamlar Stratejik Araştırmalar Merkezi) Strateji Araşdırmalar Məkəzinin mütəxxəsisi Elnur İsmayılın müəlllifi olduğu məqalədə yer alıb.

Məqalənin ixtisarla qısa tərcüməsini diqqətinizə çatdırırıq:

Qonşu dövlətlər tərəflərə dəstək və ya təzyiq göstərməyərək, hadisələri kənardan izləməyi tərcih etdilər. Hətta post-sovet məkanında kütlənin təzyiqi ilə iqtidar dəyişikliyini yaxşı qarşılamayan Rusiya belə Yerevandakı etiraz aksiyalarına heç bir münasibət bildirmədi.

Mayın 8-də Ermənistan Parlamentində səsvermə yolu ilə Paşinyanın baş nazir olaraq seçilməsindən sonra iqtidar dəyişikliyi Ermənistandakı vəziyyəti yavaş-yavaş aydınlaşdırır. Paşinyanın strateji qurumlara – Müdafiə və Xarici İşlər nazirliklərinə, Təhlükəsizlik Nazirliyinə rəhbəri kimi vəzifələrin ABŞ-ın təsiri altında etməsi Moskvanın diqqətindən yayınmır. Etirazlar hesabına iqtidarı ələ keçirmiş Paşinyanın ABŞ layihəsi olduğunu isə Rusiya açıq şəkildə bəyan edir.

Ermənistanda baş verənlər, Rusiya kimi, Türkiyənin də diqqətini çəkir. Çünki bu gün Ermənistanda baş verənlər və bu ölkənin tədricən Rusiyanın nəzarətindən çıxması gələcəkdə Türkiyə üçün də ciddi başağrısına çevrilə bilər.  

Paşinyan baş nazir olaraq vəzifəyə başladıqdan sonra Türkiyə ilə münasibətlərə toxunaraq, şərtsiz münasibətlər qurmaq fikirini irəli sürüb. Azərbaycan-Ermənsitan arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı Ankara-Yerevan arasında vacib məqamları vurğulayıb. Həmçinin Paşinyan qondarma “erməni soyqımı” ilə bağlı əvvəlki hökumət nümayəndələrindən fərqli düşünmədiyini, bunun beynəlxalq dərəcədə tanınması üçün çalışacaqlarını da vurğulayıb.

Ermənistanda iqtidar dəyişikliyindən sonra Rusiyalı analitik Vladimir Jarin Paşinyanın Ermənistan qonşuları ilə bağlı münasibətlərin pozacağı fikrini irəli sürüb:

“Bir də gördünüz Paşinyan Ağrı dağını “geri almaq” xəyallına düşdü. Əlbəttə ki, kiçik əraziyə, parçalanmış iqtisadiyyata sahib olan Ermənistan Türkiyə kimi nəhəng bir dövlətə qarşı torpaq iddiası irəli sürməsi inandırıcı deyil. Lakin Türkiyə üçün təhlükə Ermənistan deyil, onu idarə edən ABŞ-dadır”.

Türkiyə NATO-ya üzv ölkə olaraq ABŞ-la müttəfiq dövlət olsa da, Vaşinqtonun son illərdə, xüsusi 15 iyul çevrilişə cəhddən sonra Türkiyə ilə bağlı siyasəti böyük problemləri ortaya qoyur. İllər boyu ABŞ Türkiyəyə qarşı müxtəlif yollarla terrorçu yeridərək istər türk, istərsə də qonşu dövlətlərin torpaqları vasitəsilə müdaxilə etməyə çalışıb.  

Türkiyədə terrorçulara qarşı mübarizə zamanı əldə edilən uğurlardan sonra Suriyadakı PKK və PYD/YPG terrorçularının aktivləşməsi Ankaraya qarşı yeni təhlükələrin baş qaldırmasının bariz nümunəsidir.

Bu gün Ermənistanda baş verən geosiyasi oyunlar Moskvanın bu dövlət üzərindən nəzarətini zəiflədir. Ermənistanda güclənən bu qüvvələr ABŞ-ın Türkiyəyə qarşı ideal təhlükə mənbəyidir. Çünki uzun illər aparılan təbliğat hesabına qondarma “erməni soyqırımı” ilə bağlı erməni ictimaiyyətində “düşmən Türkiyə” imici yaradılıb.

Ümumi olaraq, qondarma “erməni soyqırımı” məsələsi ABŞ-ın bəzi dairələri üçün Türkiyəyə qarşı təzyiq vasitəsidir. Ermənistandan gələ biləcək təhdid və təhlükənin güc yolu ilə həll etmək bu gün üçün imkansız görünür. Buna görə də Türkiyə bu təhlükəni diplomatik yolla həll etməlididir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1468

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər