Ermənistanda narkomanların sayı artıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda narkomanların sayı artıb

16:25 - 15 / 07 / 2019
Ermənistanda narkomanların sayı artıb

Bu ilin yanvar ayında Ermənistanda narkomanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 6951 nəfərə çatıb.

1news.az erməni m’tbuat;na istinadla xəbər verir ki, bunu mətbuat konfransında Respublika Narkoloji Mərkəzinin direktoru Petros Semercyan bildirib. Onun sözlərinə görə, qeydə alınmış narkomanlardan 2100 nəfəri narkotik maddələri venadaxili inyeksiya yolu ilə qəbul edir. Onların böyük əksəriyyəti kişilərdir, qadın narkomanların sayı isə cəmi 116 nəfərdir.

Qeyd olunub ki, narkomaniya ən çox 30-40 yaş arasında olan ermənilər arasında yayılıb. Lakin mərkəz direktoru bildirib ki, bu rəqəm narkomaniyanın tam miqyasını əks etdirmir. Belə ki, narkotik maddələrdən istifadə edənlərin əksəriyyəti qeydiyyatda kənarda qalıb. O əlavə edib ki, narkomaniyadan müalicə olunanların bir çoxu dispanserdən çıxdıqdan sonra yenidən narkotik maddə istifadəçisinə çevrilir.

Semercyan diqqətə çatdırıb ki, müvafiq beynəlxalq strukturlar bu sahədə Ermənistanın təqdim etdiyi rəqəmlərə inanmırlar. Onlar hesab edirlər ki, rəqəmlər süni şəkildə azaldılıb və əsl həqiqətdə bu ölkədə narkomanların sayı dəfələrlə çoxdur. O, Ermənistan Səhiyyə Nazirliyinin marixuanadan istifadənin leqallaşdırılması əleyhinə olduğunu da bildirib.

1news.az

 

Paylaş:
744

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər