Ermənistanda həbsdə olan azərbaycanlı girov əməliyyat edilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda həbsdə olan azərbaycanlı girov əməliyyat edilib

09:45 - 26 / 04 / 2019
Ermənistanda həbsdə olan azərbaycanlı girov əməliyyat edilib

Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində girov götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimov əməliyyat edilib.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, səhhəti pisləşən E.İbrahimov “Erebuni” Tibb Mərkəzinə aparılıb və tibbi müasyinə zamanı onun təcili əməliyyat edilməsinə qərar verilib.

O, mədəsindən əməliyyat olunub. Erməni mətbuatı bütün addımların Ermənistanın Ədliyyə, Səhiyyə nazirlikləri və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini yazıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu evdən işə getmək adı ilə çıxıb və sərhəd xəttində yolu azıb. Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və girov  götürülüb.

P.S.

 

Paylaş:
635

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər