Ermənistanda aclıq edən ömürlük məhkumların vəziyyəti pisləşib - Zöhrabyandan çağırış | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda aclıq edən ömürlük məhkumların vəziyyəti pisləşib - Zöhrabyandan çağırış

15:38 - 19 / 02 / 2019
Ermənistanda aclıq edən ömürlük məhkumların vəziyyəti pisləşib - Zöhrabyandan çağırış

Ermənistan parlamentinin İnsan hüquqları və ictimai məsələlər üzrə komissiyasının sədri Naira Zöhrabyan növbəti dəfə “Nubaraşen” cəzaçəkmə müəssisəsində aclıq elan edən ömürlük məhkum edilmiş şəxslərə baş çəkib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Zöhrabyan aclıq aksiyası keçirən məhkumların sağlamlıq vəziyyətlərinin təhlükədə olduğunu deyib.

"Bir qədər əvvəl “Nubaraşen” həbsxanasından çıxdım. Aclıq aksiyası keçirən ömürlük həbs cəzası almış Armen Ter-Saakyan, Aram Xaçikyan və Alik Qriqoryanla görüşdüm. Həmçinin,  fevralın 10-dan etibarən aclıq aksiyasına başlayan Karen Ovannisyanla görüşdüm, onun sağlamlıq durumunun çox ciddi olduğunu düşünürəm.

Mən Ovannisyana komissiyada işinin diqqət mərkəzində olacağına, o isə aclıq aksiyasını dayandıracağına söz verdi. 

Açıq elan edən digər üç ömürlük məhbusa gəlincə, burada probasiya xidmətinə ümumi inamsızlıqdan başlayaraq, ölüm cəzasını ömürlük həbslə əvəzetməyə qədər bəzi hallarda baxılması lazım olan çox ciddi hüquqi problemlər var", deyə o, bildirib.

Zöhrabyan  ədliyyə nazirinə müraciət edərək, mümkün olan ən qısa müddətdə "Nubaraşen" penitensiar müəssisəsində aclıq aksiyası elan edən məhkumlara baş çəkməyə çağırıb:

"Onların sizinlə müzakirə olunmalı müəyyən problemləri var. Yalnız sizinlə. Qalan çətin məsələləri biz cümə gününə planlaşdırılan komissiyanın iclasında müzakirə edəcəyik”.

P.S.

 

 

 

Paylaş:
522

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər