Ermənistan rəsmisi Bakıda QDİƏT iclasında iştirak edəcək
Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, İrəvanı tədbirdə XİN-in çoxtərəfli və ikitərəfli iqtisadi əməkdaşlıq departamentinin rəhbəri Aşot Koçaryan təmsil edəcək.
Qeyd edək ki, QİƏT PA-nın 52-ci iclası noyabrın 26-da İrəvan şəhərində keçirilib. Sonra təşkilatdakı sədrlik Ermənistandan Azərbaycana keçib.
P.Sultanova
393