1news.az

Ermənistan ordusunun hərbçisi xidmət yoldaşını güllələyib

20 Oktyabr saat 19:52 bir dəqiqəlik oxu 226
Ermənistan ordusunun hərbçisi xidmət yoldaşını güllələyib

Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

1news.az xəbər verir ki, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net