Ermənistan ordusunda “ətəkli” əsgərlər xidmət edəcək | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusunda “ətəkli” əsgərlər xidmət edəcək

15:59 - 30 / 07 / 2018
Ermənistan ordusunda “ətəkli” əsgərlər xidmət edəcək

Nikol Paşinyanın qadınların da hərbi xidmətə getməsilə bağlı çağırışları erməni ordusunun nəyin bahasına olursa-olsun canlı qüvvə ilə doldurmaq istəyindən irəli gəlir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Qərb-Xəzər Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirib.

 

Ötən həftə Yerevanda hərbi məktəblərin kursantlarının buraxılış mərasimi baş tutub. Məzunlar qarşısında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan qızları da orduda xidmət etməyə çağırıb.

“Rusiyada 1917-1918-ci illərdə vətəndaş müharibəsi zamanı qadın batalyonlar yaradılaraq ön cəbhəyə göndərilir. Bununla da müvəqqəti hökumətin gücünü, həmçinin kişilər üçün nümunə olduğunu göstərmək istəyirdilər. Lakin bunun heç bir nəticəsi çıxmır. Buna görə də deyə bilmirəm, Ermənistanın hazırki hökumətinin bu qərarı eyni tale gözləyir ya yox. Lakin bununla bağlı analoji tarixi faktlar çoxdur”, – F.Sadıxov bildirib.  

Politoloqun sözlərinə görə, qadınları Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etməyə çağırış çox bəsit və yöndəmsizdir:

“Bununla da Paşinyan sözdə sülh istəsə də, ictimaiyyəti müharibəyə səsləyir. Bu cəfəngiyyatı necə anlayaq?! Paşinyan oğlunun işğal olunmuş Dağlıq Qarabağa ön cəbhəyə göndərir, qadınları hərbi xidmətə çağırırsa, Ermənistan hökumətinin hazırki məqsədi anlaşılmazdır. Bəs yaxşı, Paşinyan bütün müsahibələrində “sülhsevərlik” tərənnnüm edirsə, deməli bu fikirlər mənasıdır. Siyasətdə mənasız, boş sözlərin sonu faciə ilə nəticələnir”.

Xatırladaq ki, yaxın zamanlarda Ermənistan hökuməti daxili qoşunların hərbi xidmətinin Dağlıq Qarabağda keçməsilə bağlı qərar qəbul etmişdi.

Paşinyanın növbəti qərarı oğlunun Azərbaycanın işğal altnda olan ərazisində hərbi xidmət keçməsi oldu.

Həmçinin ölkədə erməni əsgərlərin anaları tərəfindən ciddi etirazlar var. Onlar oğullarının məqsədsiz bir amal uğrunda həlak olmamarını istəmirlər. Bütün bunlar Ermənistanın yeni rəhbərliyinin bütün variantlardan istifadə etməsindən, lakin nəticə etibarilə ölkədəki problemləri daha da artımasını göstərir.

Bütün bu addımlar bir daha göstərir ki, Ermənistanın müdaxiləsi və müdafiəsi olmadan qondarma Dağlıq Qarabağ rejimi heç bir əhəmiyyət kəsb etmir.

Paşinyan: Erməni əsgərlərin alt paltarı yoxdur

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1448

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər