Ermənistan ordusunda anarxiya: düşmən cəbhədə gərginliyi niyə artırır? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusunda anarxiya: düşmən cəbhədə gərginliyi niyə artırır? – TƏHLİL

16:00 - 07 / 08 / 2019
Ermənistan ordusunda anarxiya: düşmən cəbhədə gərginliyi niyə artırır? – TƏHLİL

İşğal etdiyi Azərbaycan torpaqlarını hələ də öz əsarətində saxlayan Ermənistan ordusunda ölüm halları, nizamnamədən kənar münasibətlərin sayı artmaqdadır.

Xatırladaq ki, iyulun 24-də Ermənistan ordusunun əsgəri, 19 yaşlı Volodyya Qaloyan naməlum səbəbdən ölümcül güllə yarası alıb. Daha öncə isə Ermənistan ordusunda iki intihar faktı qeydə alınıb. İlkin məlumatlara görə, intiharların səbəbi həmin əsgərlərin xidmət etdikləri hissələrdə əsgərlər arasında və zabitlərin əsgərlərə olan münasibətləri olub.

Erməni mətbuatının yazdığına görə, təkcə bu ilin 6 ayı ərzində Ermənistan ordusu 29 hərbi qulluqçusunu itirib. Onlardan 8-i müddətli hərbi qulluqçu, 13-ü müqavilə əsasında xidmət edən, 3-ü gizir və 5-i isə zabitdir. Ölənlərin əksəriyyəti işğal altındakı Qarabağ torplaqlarında xidmət keçən zaman keçinib. Yerli hüquq müdafiəçiləri isə Ermənistan rəhbərliyinin real itki sayını gizlətdiyini düşünür.

Hərbçilərin ölümü ilə bağlı Ermənistan ordusunda, təbii ki, dəqiq statistika yoxdur. Lakin İrəvanın susqunluğuna rəğmən, erməni mediası etiraf edir ki, ordudakı münasibətlər nəticəsində həlak olanların sayı Dağlıq Qarabağ münaqişəsi zonasında və Ermənistan-Azərbaycan sərhədində atışmalarda ölənlərin sayından dəfələrlə artıqdır. Bu, ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edildiyinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib.

Ermənistanın əvvəlki iqtidarları dönəmində kriminal-oliqarxik sistem, sözün əsl mənasında, ordunu talayır, qarət edir, erməni əsgərlərə asanlıqla istehlak olunan canlı material kimi baxırdılar. Çünki ölkənin dövlət idarəetmə sistemi, daha doğrusu, sistemsizliyi üçün səciyyəvi olan dəhşətli qaydalar ermən ordusuna da sirayət etmiş, hərbi hissələrdəki mənəvi-psixoloji vəziyyəti viran qoymuşdu.

Aprel məğlubiyyətindən hələ də özünə gələ bilməyən Ermənistan ordusu çat verir desək yanılmarıq. Orduda özbaşınalıqlar, zorakılıq halları nəinki azalıb, əksin, daha da artıb. Küçə inqilabının “lideri” Nikol Paşinyan hakimiyyəti ələ alandan bəri də heç nə dəyişməyib. Halbuki N.Paşinyan və onun ətrafı Ermənistanın silahlı qüvvələrində korrupsiya risklərinin sürəkli azalmasından, ordunun şəxsi heyətində yeni münasibətlərin bərqərar olmağa başlamasından fasiləsiz bəhs edirlər.

Ermənistan ordusunun çox problemləri var və onların arasında ən böyüyü ölkəni idarə edən hakimiyyətlərin naqisliyi ilə yanaşı, cəmiyyətin hərbçilərə ünvanladığı sosial çağırışların da əxlaqsızlıqla aqressivliyin məcmusundan ibarət olmasıdır.

Birmənalı şəkildə demək olar ki, işğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. 

Ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.

Baş verənlərin fonunda acizlik nümayiş etdirən Ermənistanın hakim dairələri vəziyyətdən çıxış yolunu yenə cəbhədə vəziyyəti gərginləşdirməkdə görür. Cəbhədə bir müddət nisbi sakitlik müşahidə olunsa da, iyulun 18-dən başlayaraq ermənilər atəşkəsi daha çox pozmağa başlayıblar. Diqqət çəkən məqamlardan biri də bu zaman onların iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etmələridir.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 1news.az-a açıqlamasında son dövrlərdə cəbhədə gərginliyin daha çox dövlət sərhəddi ətrafında yaranmasına diqqət çəkib:

“Ermənilər deyirlər ki, guya mühəndis qurğuları qururlar. Gərginlik də bununla əlaqədardır. Bu da mümkün səbəb ola bilər. Ancaq mənim fikrimcə, əsas səbəb sərhədyanı regionlarda yaşayan erməni əhalinin sosial-iqtisadi vəziyyəti ilə əlaqəlidi. Yəni, Ermənistanın dövlət sərhəddini qoruyan hərbçilərin böyük əksəriyyəti sərhədyanı ərazilərdə yaşayan və müqavilə ilə xidmət edənlərdir.

Azərbaycanla həmsərhəd olan regionlarda yaşayan erməni əhalinin sosial-iqtisadi vəziyyətinin getdikcə ağırlaşması, pisləşməsi həmin əhalidən olan hərbçilərə də təsir edir. Onlar isə öz dövlətlərini cəzalandırmaq üçün sərhəddə təxribat törətməyə çalışırlar. Bu birinci növbədə Ermənistan dövlətinin acizliyidir ki, öz əhalisinin vəziyyətini yaxşılaşdıra, eləcə də hərbçiləri üçün normal hərbi sistem qura bilmir. Diqqət yetiriləsi digər məqam ondan ibarətdir ki, Ermənistanda Rusiyanın tabeçiliyində olan hərbi hissələrdə xidmət edən milliyyətcə erməni olan hərbçilər də özünü öldürməyə başlayıb. Artıq iki belə hal qeydə alınıb”.

Hazırda Ermənistanın sosial-iqtisadi vəziyyətinin ağırlaşmasının birbaşa erməni hərbçilərin sosial-iqtisadi vəziyyətinə təsir etdiyini deyən politoloqun sözlərinə görə, onlar da öz müxalifətçiliklərini, etirazlarını bu qaydada göstərirlər:

“Digər tərəfdən ola bilər ki, İrəvanda oturan bir qrup siyasətçi bu təxribatları törətməklə həm Ermənistanın daxilində, həm də beynəlxalq aləmdə Paşinyanı çətin vəziyyətə qoysunlar. Paşinyan özü İcevanlıdır. Fikir vermisinizsə, son dövrlərdə İcevanda sosial etirazlarla yanaşı hərbi qarşıdurmalar, atəşkəs rejiminin pozulması halları da artıb. Ola bilsin bunu bir qrup siyasətçi qəsdən təşkil edir ki, Paşinyan öz doğulduğu regionda yaşayan əhali içərisində də hörmətdən düşsün”.

Babək Cahandarov

Paylaş:
791

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər