Ermənistan mediasının növbəti təxribatı | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan mediasının növbəti təxribatı

12:23 - 17 / 11 / 2017
Ermənistan mediasının növbəti təxribatı

Ermənistan mediası Avropa Parlamentinin qondarma işğslçı rejimin guya öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən qətnamə qəbul etməsi barədə təxribat xarakterli məlumatlar dərc edir.

1news.az xəbər verir ki, Avropa Parlamenti(AP) tərəfindən qəbul edilmiş sənədlərdə (5 iyul 2017-ci il tarixli “BMT Baş Assambleyasının 72-ci sessiyası ilə bağlı Aİ Şurası üçün tövsiyə sənədi” və 15 noyabr 2017-ci il tarixli “ 2017-ci il Şərq Tərəfdaşlığı noyabr sammiti ərəfəsində AP-nin Aİ-nin icraçı qurumlarına tövsiyə sənədi”) “xalqların öz müqəddəratını təyinetmə” prinsipini ərazi bütövlüyü və gücdən istifadəetməmə prinsiplərinin ardınca beynəlxalq hüququn bir prinsipi kimi sadalanıb və bu prinsipə xüsusi vurğu, əlavə təfsirlər edilməyib.

Təsadüfi deyil ki, erməni lobbist çevrələr tərəfindən “uğur” kimi təqdim edilən və 5 iyul tarixli sənəddə yer alan bu müddəa daha sonra Aİ Şurası tərəfindən müvafiq təlimat sənədi hazırlanarkən nəzərə alınmayıb, BMT Baş Assambleyasının 72-ci sessiyasında Aİ nümayəndələrinin çıxışları zamanı səsləndirilməyib. Adlarından göründüyü kimi, sənədlər tövsiyə xarakteri daşıyır və Aİ qurumları və üzv dövlətlərinin üzərinə hər hansı hüquqi və konseptual öhdəlik qoymur. Əksinə, 2016-cı ildə qəbul edilmiş və Aİ ölkələri üçün doktrinal və hüquqi öhdəlik daşıyan Avropa İttifaqı üçün Qlobal Strategiya sənədində ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı (Azərbaycan da daxil olmaqla) əsas fəaliyyət istiqaməti kimi qiymətləndirilir.

AP-nin 15 noyabr 2017-ci il tarixli “2017-ci il Şərq Tərəfdaşlığı noyabr sammiti ərəfəsində AP-nin Aİ-nin icraçı qurumlarına tövsiyə sənədi” hüquqi çəkisinin olmadığını sübut edən bir digər məqam isə onun Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair hissəsində Helsinki Yekun Aktında əks olunmuş beynəlxalq hüququn əsas prinsipləri ilə danışıqlar zamanı istifadə edilmiş ayrı-ayrı bəyanatları bir-birilə qarışdırmasıdır. Beləliklə, heç bir hüquqi əhəmiyyət daşımayan tövsiyələrdə əlavə olaraq ciddi qeyri-professional səhvə yol verilib. Bu səbəbdən, erməni tərəfinin sevincək istinad etdiyi ifadə nəinki hüquqi qüvvəyə malik deyil, hətta ümumiyyətlə, hüquqa və hər hansı məntiqə ziddir. Təbii ki, bu cür yalan ifadələr Şərq Tərəfdaşlığı sammiti sənədlərində öz əksini tapa bilməz.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını təsdiqləyən, bir Şərq Tərəfdaşlığı dövlətinin digər ŞT dövləti tərəfindən işğal olunmasını qətiyyyətlə pisləyən, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin məlum 4 qətnaməsinə əsasən həll edilməsinin zərurətini vurğulayan və ölkəmizin ərazi bütövlüyünü birmənalı dəstəkləyən AP-nin 23 oktyabr 2013-cü il tarixli qətnaməsi və 23 iyul 2015-ci il qətnamələri AP-nin münaqişə ilə bağlı mövqeyinin ortaya qoyulması baxımından mahiyyətcə daha fundamental xarakter daşıyır. Çünki bunlar tövsiyə sənədi deyil, məhz qətnamədir.

Azərbaycanın Aİ ilə inkişafda olan münasibətlərini, eləcə də Aİ-nin və onun üzv ölkələri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə edilməsindən narahatlıq keçirən Ermənistan rəsmiləri öz ənənəvi lobbistlərinə çevrilmiş AP üzvləri Çarlz Tannok, Frank Engel, Yaromir Ştetina və digərləri vasitəsilə növbəti ŞT sammiti ərəfəsində Azərbaycanın Avropadakı nüfuzunun daha da artmasının qarşısını almaq cəhdlərini davam etdirməkdədirlər. Heç bir şübhə yoxdur ki, Brüssel sammiti bu ümidlərin puça çıxmasını bir daha nümayiş etdirəcəkdir.

AP-də fəaliyyət göstərən erməni lobbi maşının ifşa edilməsi prinsipial əhəmiyyət daşıyır. Belə ki, erməni mətbuatında yayılan xəbərlər açıq şəkildə Ermənistanın Brüsseldəki səfirliyinin AP-nin fəaliyyətinə müdaxiləsi və erməni lobbisinin “uğuru” kimi təbliğ olunur (The unconstructive steps of the Azerbaijani side failed thanks to the purposeful activity of the Armenian permanent representation and the Armenian national lobbying organizations in Brussels).

AP-də kök salmış erməni lobbist təşkilatlarının fəaliyyətini ifşa edən mənbələr (lobbyfacts.eu portalı)

https://lobbyfacts.eu/representative/0ce6bd797f2147f5bc1b6d789f43fdfa/armenian-general-benevolent-union-europe

https://lobbyfacts.eu/representative/f3cbbda3d3ab4a19b36df0e60b820876/european-friends-of-armenia

https://lobbyfacts.eu/representative/e7ce68d95ff44921b4de988dd3c5e0d2/european-armenian-federation-for-justice-democracy

Paylaş:
597

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər