Ermənistan etirazlardan ictimaiyyəti yayındırmaq üçün yalan məlumatlar yayır
Ermənistan mətbuatı guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə xəbər yayıb.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildiriblər:
“Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.
S.Xankişiyeva
365