Ermənilərin aprel döyüşlərində əsas günahkar saydığı şəxsi Paşinyan müşavir təyin edib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilərin aprel döyüşlərində əsas günahkar saydığı şəxsi Paşinyan müşavir təyin edib

10:28 - 19 / 12 / 2018
Ermənilərin aprel döyüşlərində əsas günahkar saydığı şəxsi Paşinyan müşavir təyin edib

Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan  2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın böyük itkilərə məruz qalmasında əsas günahkarlarından hesab edilən Baş qərargahının kəşfiyyat idarəsinin sabiq rəhbəri, general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib.

1news.az bu barədə erməni mətbutaına istinadla xəbər verir.

Arşak Karapetyan sabiq prezident Serj Sarkisyanın sərəncamı ilə 26 aprel 2016-cı ildə vəzifəsindən azad edilib.

Bundan əlavə, o zaman müdafiə nazirinin müavini - maddi və texniki təchizat şöbəsinin müdiri Alik Mirzabekyan, rabitə qüvvələrinin rəhbəri - rabitə və avtomatik idarəetmə sistemləri şöbəsinin rəisi general-mayor Komitas Muradyan da vəzifədən azad edildilər.

Parlamentin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naqapetyan 2016-cı ilin aprelində jurnalistlərə açıqlamasında bildirmişdir ki, Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaları göstərir ki, bu şəxslər öz öhdəliklərini düzgün yerinə yetirməyiblər. O vurğulayıb ki, müharibə dərhal reaksiya verməyin lazım olduğu yeni problemlər ortaya qoyub.

Ermənistan ictimai dairələrində hələ də hesab edirlər ki, 2016-cı ildə Arşak Karapetyan və onun rəhbərlik etdiyi idarə Azərbaycan Silahlı Qüvvələrinin gözlənilən hücum planı barədə xəbərdarlıq edə bilərdi.

Onun baş nazirinin müşaviri vəzifəsinə təyin edilməsi erməni ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid olunur.

Hetq.am nəşrinin redaktoru və araşdırmaçı jurnalist Edik Baqdasaryan yazıb ki, Arşak Karapetyan 2016-cı ilin aprelində verilmiş qurbanlara görə cavabdeh olan əsas hərbi məmurdur.

"O, cəzalandırılmalıdır, lakin vəzifəsindən azad olunmaqla kifayətləndilər. Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdi və heç bir kəşfiyyat məlumatı olmadı. Ancaq indi o yenidən at üzərindədir, dəli olmaq mümkündür”.

Öz növbəsində informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan isə bildirib ki, 2016-cı ilin aprelində erməni kəşfiyyatı Azərbaycanın İsraildən kamikadze-dronları əldə etdiyindən xəbərdar olmadı, nəticədə bizim hərbiçilərimiz  onların istifadəsi barədə məlumatsız oldular və ciddi itkilərə məruz qaldıq: 

"Ancaq hələ bir neçə ay əvvəl İsrailin iki ölkəyə bu silahları satması barədə mətbuatda məlumatlar var idi.  İsrailin bu dronları göndərdiyi ölkələrin siyahısının kiçik olduğunu nəzərə alaraq, belə bir nəticəyə kəşfiyyat rəhbəri olmadan gəlmək mümkün idi”.

Qeyd edək ki, Paşinyan 18 dekabrda onu özünə müşaviri təyin edib. Bununla bağlı məlumatı Paşinyanın mətbuat katibi Arman Yeqoyan təsdiqləyib.

P.Sultanova



 

 

Paylaş:
480

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər