Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər – FOTO

11:15 - 10 / 07 / 2019
Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər – FOTO

Ermənilər öz ənənələrinə sadiq qalaraq, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan "Azərbaycan mədəni irsi Luvr Muzeyində" adlı sərgisinin açılışından "yararlanmaq" məqsədilə "qədim erməni xalçaları"nı xatırlayıblar.

Erməni mətbuatı öz ənənələrinə sadiq alaraq sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələrini əsas götürərək onları "erməniləşdirməyə" cəhd göstərir. "Xalçanı hələ e.ə. II əsrdən toxuyublar", "carpet beynəlxalq sözü əslində erməni sözüdür" kimi cəfəng fikirlər səsləndirən ermənilərin bu iddiasına o qədər də təəccüblənmək lazım deyil.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan deyiblər.

İnstitutun "Xalçaşünaslıq" sektorunun müdiri, xalçaçı-ekspert, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov bildirib ki, Azərbaycan xalçaları Azərbaycan tarixinin tərkib hissəsidir: "Xalçalarımız tariximiz, etnoqrafiyamız, mədəniyyətimizlə həmyaşıddır. Qafqazda xalçaçılığın xalqımızla bağlılığı danılmaz faktdır. Xalçaçılıq Azərbaycanın təbiəti, əhalimizin təsərrüfat imkanları, xalqımızın müxtəlif sənət sahələrində nümayiş etdirdiyi istedadı və bacarığı ilə bağlıdır.

Azərbaycan xalçaçısı bunu öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma Artsax dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar".

V.Muradov əlavə edib ki, dünyanın ən məşhur muzeylərində, kolleksiyalarında qədim Azərbaycan xalçaları və xalça məmulatları nümayiş olunur:

"UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Luvr Muzeyindən ölkəmizə gətirilən bu üç xalça XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Bunlardan ikisi inkişafı bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, biri isə tarixən aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır. Göstərilən tarixi mərhələ Azərbaycan xalçaçılığının ən məhsuldar dövrlərindəndir. XVIII əsrin sonundan etibarən Azərbaycanda bu və digər xalça çeşniləri əsasında böyük ustalıqla saysız-hesabsız xalçalar toxunub. İndi də bu tarixi ənənə uğurla davam etdirilir, yaşadılır, xalçaçılıq nəinki mədəniyyətimiz, eyni zamanda iqtisadiyyatımızın da aparıcı sahələrindən birinə çevrilir. Biz azərbaycanlılar xalçaçılığı heç bir səs-küy olmadan, əlavə canfəşanlıq göstərmədən, "bizimdir, bizimdir!" deyərək yox, xalçaya xalçaçı kimi yanaşaraq yaşadırıq".

S.Xankişiyeva

Paylaş:
755

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər