Erməni separatçılarının xartiya fiaskosu və ya ümidlər puç olarsa – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Erməni separatçılarının xartiya fiaskosu və ya ümidlər puç olarsa – TƏHLİL

15:30 - 14 / 06 / 2019
Erməni separatçılarının xartiya fiaskosu və ya ümidlər puç olarsa – TƏHLİL

Məlum olduğu kimi, Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd “Dostluq haqqında xartiya”nı ləğv edib. 

1news.az xəbər verir ki, bu barədə Fransanın erməni internet resursu “Nouvelles Armenie magazine” (armenews.com) məlumat yayıb. Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı qanunsuz hesab edərək ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir. Bununla da erməni separatçılarının öz “dövlətlərinin” tanıdılması istiqamətində planları və gözləntiləri puça çıxıb.

Xatırladaq ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib.

Məlumata görə, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.

Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf 7 rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Ekspertlər: qondarma rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək

Bəzi eksperlər hesab edirlər ki, Fransa məhkəməsinin bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək. Bununla da Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkmiş oldu.

Qeyd edək ki, Azərbaycan separatçı rejiminişalı legitimləşdirmək, fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb.

Bundan başqa bu ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı prezident Emanuel Makron bu tipli xartiyaların imazlanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirmişdi.

Separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdləri iflasa uğrayır

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir.

Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq  meyillərini qınamasının növbəti təzahürü kimi, eyni zamanda Fransanın beynəlxalq nüfuzunun qorunması kimi də qiymətləndirilə bilər. Çünki xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.

Üzdəniraq “soydaşlarımızın” susqunluğu: səsləri niyə çıxmır?

Məsələnin digər tərəfi isə xarici ölkələrdə məskunlaşmış, özlərini vətən sevdalısı kimi qələmə verən bəzi “soydaşlarımızın” baş verənlər qarşısında susqunluq nümayiş etdirmələridir. Əllərinə düşən hər fürsətdən hakimiyyəti tənqid edən, hətta təhqiramiz ifadələr belə səsləndirməkdən çəkinməyən həmin şəxslər ümummilli maraqlarla bağlı məsələlərdə nədənsə danışmaq istəmirlər.

Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki  “söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin  ümummilli məsələlərdə susurlar.

Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə  məsələlərdə susqunluq nümayiş etdirməsi onarda heç bir milli təəssübkeşliyin olmadığını göstərir.

Bir daha aydın görünür ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

“Fransa məhkəməsinin qərarı hüququn aliliyinə olan hörmətin göstəricisidir”

Fransa məhkəməsinin qərarlarını dəyərləndirən millət vəkili Asim Mollazadənin sözlərinə görə, Fransa məhkəməsinin qərarı hüququn aliliyinə olan hörmətin göstəricisidir:

“Bundan qabaq hansısa erməni lobbisi ilə komissiyaya qurşanmış siyasətçilər müəyyən qərarlar verirdilər. Onlar həm beynəlxalq hüquq normalarının, həm də Fransanın həmsədr dövlət kimi mövqeyinin zərbə altında qalmasına imkan yaradırdılar.

Məhz məhkəmə səviyyəsində və hüququn aliliyinə hörmət olaraq bu qərarlar Fransanın imicini və həmsədr rolunu bərpa edir. Bununla yanaşı erməni diasporuna mesaj verilir ki, Fransa hüquqi Avropa dövləti olaraq heç vaxt belə oyunlarda istifadə oluna bilməz”.

“Qondarma rejimlə imzalanan bütün “sazişlər”in ləğvi mühüm hadisədir”

Siyasi ekspert, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı 1news.az-a bildirib ki, Fransanın inzibati məhkəmələrinin çıxardığı qərarlar şübhəsiz ki, beynəlxalq hüquqa əsaslanır. Nəzərə almaq lazımdır ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədrdir və həmsədr dövlət kimi münaqişənin tənzimlənməsində ən azı beynəlxalq hüquq müstəvisində özünün tərəfsizliyini büruzə verməlidir.

E.Mirzəbəyli deyib ki, bu aspektdən Fransa məhkəmələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə imzalanan bütün “sazişlər”i ləğv etməsini mühüm hadisə kimi dəyərləndirmək olar:

“Bu, hüquqi bir addımdır və presedent yaradır. Avropa məhkəməsinin əsasnaməsinə uyğun olaraq Avropa İttifaqı məkanında bu və ya digər inzibati məhkəmələrin qəbul etdikləri qərarlar digər məhkəmələr üçün də presedent sayılır. Bu mənada əgər hansısa bir ölkə bu istiqamətdə addım atarsa, o zaman hüquqi müstəvidə məsələnin həlli üçün Fransa məhkəmələrinin qəbul etdiyi qəraralara istinad oluna bilər və olunacağı da qətiyyən şübhə doğurmur”.

Ekspert hesab edir ki, bu prosesdə Azərbycan-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da xüsusi olaraq qiymətləndirilməlidir:

“İlk növbədə Azərbaycan Prezidentinin Fransa ilə münasibətlərdə atdığı addımlar, ölkəmizin beynəlxalq nüfuzunun artması, digər tərəfdən, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi işlər, Birinci vitse-prezidentin bu istiqamətdəki fəaliyyəti, Fransa Senatında Azərbaycanla dostluq qrupunun fəaliyyəti də bu prosesdə mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan hətta vaxtilə qondarma “erməni soyqırımı”nın kriminallaşdırılması ilə bağlı Fransanın qəbul etdiyi qərarın da ləğvi prosesində fəal yer alıb və bu prosesdə Birinci vitse-prezidentin də rolu şübhəsiz ki, danlmazdır”.

“Antimilli qüvvələrə təlimat ona görə verilib ki...”

E.Mirzəbəyli məsələnin digər tərəfinə də toxunub, deyib ki, əslində Qarabağdakı separatçı rejimlə əməkdaşlıq edən və onları əməkdaşlığa sövq edən erməni lobbisi və erməni diasporu ilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qruplar eyni dairədən mailiyyələşir və eyni istiqamətdə onların fəaliyyəti stumullaşdırılır:

“Bu baxımdan onlardan əslində Fransa məhkəmələrinin qəbul etdiyi qərara müsbət reaksya verəcəkləri, yaxud bunu alqışlayacaqlarını gözləmək nonsens olardı. Çünki bu insanların məqsədi Azərbaycanın uğurlarına və yaxud beynəlxalq hüquqi müstəvidə əldə etdiyi uğrlara müsbət yanaşmaqdan ibarət deyil. Antimilli qüvvələrə təlimat ona görə verilib ki, Azərbaycanı qaralasınlar, böhtan atsınlar, yanlış məlumatlar yaysınlar və nəticə etibarilə də erməni diasporunun, erməni lobbisinin maraqlarına xidmət etsinlər. Bu baxımdan əsas olan Azərbaycan ölkəmizin, xalqımızın maraqlarına xidmət edən, dövlətimizin taleyini düşünən vətəndaşlarımızın əksəriyyətinin bu prosesdə dövlətin həyata keçirdiyi tədbirləri, alqışlaması, qəbul edilən qərarların önəmini kifayət qədər ciddi şəkildə dərk etmələridir.

Eyni zamanda Azərbaycandan kənarda yaşayan soydaşlarımızın mütləq əksəriyyəti də bu prosesin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladlar və bu barədə məlumatlar da kifayət qədər dünya mediasında yer aldı. Bundan çıxış edərək qaragüruhçu və böhtançı camiənin nə deyib deməməsindən asılı olmayaraq Azərbaycanın öz prioritetləri, hədəfləri var və onlara doğru da inamla addımlayır”.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər